Bu gün ingilis şair Alfred Tennisonun anım günüdür.
Kulis.az onun "Xatirəsinə" ( "İn Memoriam") şeirini təqdim edir.
Bəzən yarıgünah sayıram bunu,
İçimdəki dərdi sözə tökməyi...
Çünki sözlər də təbiət kimi, yarı gizlər,
Yarı üzə çıxarar ruhdakı dərinliyi.
Amma narahat qəlb və beyin üçün,
Ölçülü-biçülü sözlərin faydası vardır,
Bu qəmgin, mexaniki məşq
Ağrını uyuşdurur donuq narkotik tək...
Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi,
Soyuğa qarşı ən kobud paltarlar kimi...
Lakin bu sözlərin örtdüyü o böyük kədər
Yalnız cizgilərlə verilib, başqa heç nə...
Rus dilindən sətri tərcümə: Aydan Ağayeva