Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək
5 noyabr 2026
# 11:40

Qanalı məşhur fotoqraf Ceyms Barnor fotoqrafiya sənətinin ən nüfuzlu mükafatlarından birinə layiq görüləcək.

Kulis.az xəbər verir ki, Ümumdünya Fotoqrafiya Təşkilatı 97 yaşlı sənətkarın "2027 Sony World Photography Awards" çərçivəsində "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatı ilə təltif olunacağını açıqlayıb.

1929-cu il təvəllüdlü Barnor 1957-ci ildə Qananın müstəqilliyini elan etdiyi tarixi anları, 1960-cı illərdə Londonda "Drum" jurnalı üçün çəkdiyi dəb fotolarını və küçə həyatını lentə alıb.

O, 1970-ci ildə Qanada ilk rəngli foto emalı laboratoriyasını quraraq Afrika fotoqrafiyasının qabaqcıl simalarından birinə çevrilib.

Barnorun əsərləri "Tate", "MoMA" və "Centre Pompidou" kimi dünyaşöhrətli muzeylərin kolleksiyalarında yer alır.

Qeyd edək ki, sənətkara mükafat 15 aprel 2027-ci ildə Londonda təqdim olunacaq və ertəsi gün "Somerset House"da onun geniş retrospektiv sərgisi açılacaq.

# 151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər