Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi
13 oktyabr 2026
# 16:47

Filologiya elmləri doktoru, əruzşünas alim, professor Tərlan Quliyev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Tərlan Quliyev 1962-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

1990-cı ildə filologiya üzrə fəlsəfə doktoru, 2003-cü ildə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

2014-cü ildə professor elmi adına layiq görülüb.

Müxtəlif illərdə AMEA-nın Şərqşünaslıq və Əlyazmalar institutlarında çalışıb, 2004–2015-ci illərdə Əlyazmalar İnstitutunda şöbə müdiri vəzifəsini tutub.

1994-cü ildən Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri kimi fəaliyyət göstərib.

Əsas elmi tədqiqat istiqamətləri klassik Azərbaycan poeziyası, əruz və qafiyəşünaslıq tarixi, “Kitabi-Dədə Qorqud” dastanları və Azərbaycan şeirinin poetik inkişafı olub.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər