Stiven Kinqin romanı miniserial olaraq çəkildi

Stiven Kinqin romanı  miniserial olaraq çəkildi
9 oktyabr 2026
# 11:00

Amerikalı məşhur yazıçı Stiven Kinqin "Kerri" romanı rejissor Mayk Flanaqanın təqdimatında "Amazon Prime Video" üçün miniserial olaraq çəkilib.

Kulis.az xəbər verir ki, əvvəlki ekran işlərindən fərqli olaraq, Flanaqan bu dəfə orijinal mətni genişləndirərək Kerrinin telekinetik qabiliyyətini tarixdən bəri gələn xüsusi gücə malik qadınlar şəbəkəsi ilə əlaqələndirib.

Serialda Kerri obrazını Sammer H. Hauell, anası Marqareti isə Semanta Sloyan canlandırır.

Heyətdə həmçinin Metyu Lillard, Amber Midfander və Hizer Qrem kimi tanınmış aktyorlar yer alıb.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər