Oktyabrın 17-də İrpen (Ukrayna) Ədəbiyyat Mükafatının təşkilat komitəsi 2025-ci il üzrə laureatlara mükafatları təqdim ediləcək. Mükafat 2020-ci ildə “VİDVAJNİX” Cəmiyyəti və İrpen İnvestisiya Şurası tərəfindən təsis edilib.
Bu barədə Kulis az-a mükafatın təşkilat komitəsinin üzvü, jurnalist Alina Yaremenko məlumat verib.
O bu mükafatın Ukrayna ədəbiyyatında yeni adlar kəşf etmək və milli ədəbiyyatın inkişafına töhfə verən müəllifləri dəstəkləmək məqsədi daşıdığını qeyd edib.

Alina Yeramenko
Münsiflər heyətinin qiymətləndirməsinin nəticələrinə əsasən, qaliblər beş əsas nominasiya üzrə müəyyən edilir: “Nəsr”, “Poeziya”, “Uşaq ədəbiyyatı”, “Ukraynalı müəlliflərin artıq nəşr olunmuş kitablarına görə” və “Hərbi qulluqçunun və ya Rusiya ilə müharibə veteranının ən yaxşı ədəbi əsərinə görə” .
Bu il mükafata xüsusi bir nominasiya da əlavə edilib — “Mədəni diplomatiya və xalqların birliyinə görə”. Bu nominasiya mədəniyyətlərarası dialoqa və Ukraynanın dünyada təbliğinə kömək edən ədəbi nailiyyətləri qiymətləndirmək məqsədi daşıyır.
_1792051793.jpeg)
İrpen Ədəbiyyat Mükafatının və "Vidvajnix" cəmiyyətinin təsisçi sponsorları Vladimir Karplyuk və Vladimir Spivak
Alina Yaremenko qeyd edib ki, bu il həmin nominasiya üzrə mükafata namizədlik Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yuri Husyevin təqdimatı əsasında tanınmış Azərbaycan şairi, esseist və tərcüməçi Səlim Babullaoğluna, tərtibçisi, ön sözün müəllifi, redaktoru və tərcüməçisi olduğu "O gözəl, yenilməz Ukrayna" adlı antologiyaya verilib.
_1792051730.jpeg)
"O gözəl, yenilməz Ukrayna"
2024-cü ilin sonunda işıq üzü görən və təqdim edilən nəşr Azərbaycan–Ukrayna ədəbi əlaqələrində ardıcıl xidmətləri olan iş adamı Möhlət Hüseynovun dəstəyi ilə ərsəyə gəlib.
Əlavə məlumata burda baxa bilərsiniz: https://edebiyyat-az.com/?p=49197)
Babullaoğlu ön söz məqaləsində yazır: "Sənət, ədəbiyyat, şeir nədən və necə danışmağından asılı olmayaraq sülhün övladıdır. Bu kitab savasın nə olduğunu cox yaxsı bilən, onun ağrılarını hələ də yaşamaqda olan, amma indi, șükür Allaha ki, sülhə doğru addımlayan torpaqlarda, eyni aqibət gonsularına da arzulayan gözəlimiz Azərbaycanda saf niyyətlə doğub..."
_1792051667.jpeg)
Səfir Yuri Husyev və şair Səlim Babullaoğlu