Het imperiyasına aid mixi yazılı lövhələr tapıldı

Het imperiyasına aid mixi yazılı lövhələr tapıldı
9 oktyabr 2026
# 13:30

Türkiyənin Sivas şəhərinin Yıldızeli ərazisindəki Qayalıpınar arxeoloji qazıntı sahəsində Het imperiyasının II Tudxaliya dövrünə aid 131 yeni mixi yazılı lövhə tapılıb.

Kulis.az xəbər verir ki, ötən mövsümdə tapılan 53 tapıntı ilə birlikdə arxivdəki sənədlərin sayı 184-ə çatıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bildirdiyinə görə, bu tapıntı XXI əsrdə üzə çıxarılan ən əhatəli het dilli arxiv hesab olunur.

Het və xurri dillərində yazılmış mətnlər məktublar, dualar, ritual və kahinlik qeydlərindən ibarətdir.

Lövhələrdə xüsusilə körpə və uşaqlara təsir edən qızdırmalı epidemiyalar, Ziulila şəhərində xəstələnib vəfat edən körpə şahzadənin dəfn ritualı, həmçinin Qərbi Anadoludakı het generallarının mərkəzdən təcili hərbi kömək istəməsi kimi tarixi faktlar öz əksini tapıb.

Qeyd edək ki, arxiv həmçinin hetlərin quş falı vasitəsilə gələcəyi öyrənmək adətlərini də aşkarlayıb.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər