Fransız polisi Renuarın oğurlanmış əsərlərini tapdı

Fransız polisi Renuarın oğurlanmış əsərlərini tapdı
15 oktyabr 2026
# 10:30

Fransa polisi görkəmli impressionist Ogüst Renuarın oğurlanmış iki rəsm əsərini beton divarın arxasında gizlədilmiş vəziyyətdə aşkar etdikdən sonra cinayətkar dəstənin daha bir səs-küylü qarət planının üstünü açıb.

Kulis.az-ın məlumatına görə, müstəntiqlər müəyyən ediblər ki, əsas şübhəli şəxs Sen-Pol-de-Vans şəhərində yerləşən, XX əsr sənətinin ən böyük kolleksiyalarından birinə (Miro, Şaqal, Leje) sahib olan məşhur "Fondation Maeght" fond-muzeyində kəşfiyyat xarakterli baxış keçirib və növbəti soyğunu məhz orada törətməyi planlaşdırıb.

Polis rəsmiləri saxlanılan şəxslərin peşəkar sənət kolleksiyaçıları deyil, oğurladıqları əsərləri necə satacaqlarını belə bilməyən silahlı cinayətkarlar olduğunu bildiriblər.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər