İstanbul Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi (İFSAK) 67-ci quruluş ildönümünü "İlk addım" adlı sərgi ilə qeyd edir.
Kulis.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə tarixi Bulaq Sarayında təşkil olunan sərgi 1959-cu ildən bu günədək toplanmış zəngin fotoarxiv və vizual yaddaşı izləyicilərə təqdim edir.
Ömer Orhun kuratorluğu ilə ərsəyə gələn ekspozisiya dərnək üzvləri ilə yanaşı, İFSAK-a dəstək verən fotoqrafların da əl işlərini bir araya gətirir.
Qeyd edək ki, Türkiyənin fotoqrafiya və qısametrajlı kino sahəsindəki köklü ənənəsini əks etdirən sərgi 21 fevral 2027-ci il tarixinədək ödənişsiz olaraq ziyarətçilər üçün açıq olacaq.