Məşhur rəqəmsal musiqi platforması "Spotify"ın təqdim etdiyi son hesabat Türkiyədə arabesk musiqisinə olan marağın keçici trend olmadığını göstərib.
Kulis.az xəbər verir ki, 2020-ci ildən bu yana arabesk janrındakı mahnıların dinlənmə sayı 435 faiz artıb.
Ən diqqətçəkən məqam isə dinləyicilərin 77 faizinin 30 yaşdan aşağı şəxslərdən ibarət olmasıdır; auditoriyanın 44 faizini 18-24 yaş aralığındakı gənclər təşkil edir.
Platformada bütün zamanların ən çox dinlənilən arabesk ifaçıları siyahısına Semicenk başçılıq edir.
Onu Müslüm Gürsəs, Əhməd Qaya, Ebru Gündeş və İbrahim Tatlısəs izləyir.
Təhlillərə görə, arabesk musiqisi gün ərzində ən çox saat 18:00-da dinlənilir, Türkiyədən sonra isə bu janra ən çox Almaniya, Niderland və Fransada qulaq asırlar.
Dinləyicilər arasındakı nəsil bağını əks etdirmək üçün platforma özünün məşhur "Arabesk Hits" çalğı siyahısının vizual konsepsiyasını da yeniləyib.
Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında