"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır
10 oktyabr 2026
# 16:45

Amerikalı aktrisa Oliviya Uayld "Oskar" kino mükafatında yeni tarixi rekorda imza ata bilər.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin proqnozlarına görə, o, eyni filmə görə həm rejissor, həm də aktrisa kimi "Oskar" nominasiyası alan ilk qadın olaraq kino tarixinə düşmək şansı əldə edib. Söhbət onun üçüncü rejissorluq işi olan və "A24" studiyasının bu mövsüm mükafatlar üçün əsas namizədinə çevrilə biləcək "Dəvət" (The Invitation) filmindən gedir.

Amerika Kinoakademiyasının tarixi ərzində kişi rejissorlar öz çəkdikləri filmlərdəki aktyor oyunlarına görə ümumilikdə 20 dəfə "Oskar"a namizəd olublar. Onlardan səkkizi eyni vaxtda həm rejissorluq, həm də aktyorluq məharətinə görə bu şərəfə layiq görülüb. Lakin indiyədək heç bir qadın sənətçi bu iki uğuru eyni anda əldə edə bilməyib. Əgər Uayld bu mövsüm hər iki nominasiyanı qazanarsa, o, Akademiyanın tarixində bu uğura imza atan ilk qadın olacaq.

"Dəvət" filmi ispan rejissor Sesk Qayın 2020-ci ildə çəkdiyi "Yuxarıdakı qonşular" (Sentimental) komediyasının ingilisdilli adaptasiyasıdır. Filmin süjetinə görə, Co (Set Rogen) və Angela (Uayld) yuxarı mərtəbədə yaşayan qonşuları Houk (Edvard Norton) və Pinu (Penelopa Kruz) şam yeməyinə dəvət edirlər. Lakin bu sadə görünən qonşuluq dəvətinin nəticəsi gözlənilməz hadisələrlə hər kəsi təəccübləndirir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər