“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film
14 oktyabr 2026
# 18:00

Netflix məşhur britaniyalı yazıçı K. S. Lyuisin “Narniya xronikaları” silsiləsi əsasında çəkilən yeni filmin ilk görüntülərini təqdim edib.

Kulis.az xəbər verir ki, rejissor Qreta Qerviqin ekranlaşdırdığı “The Magician’s Nephew” filmi həm kinoteatrlar, həm də rəqəmsal nümayiş üçün nəzərdə tutulub.

Təxminən 280 milyon dollarlıq büdcəsi ilə Netflix-in ən iddialı layihələrindən biri hesab olunan ekran əsəri hekayənin başlanğıcına qayıdır. Hadisələr 1900-cü ilin Londonunda yaşayan iki uşağın sehrli üzük vasitəsilə başqa aləmə keçməsi və Narniyanın yaranmasının şahidi olması ətrafında cərəyan edir.

Filmin treylerində Led Zeppelin qrupunun məşhur “Stairway to Heaven” mahnısından istifadə olunub. Aslan obrazını Meril Strip səsləndirir. Ekran əsərində Deniel Kreyq, Keri Malliqan və Emma Makki də rol alıblar.

Filmin 2027-ci il fevralın 12-də kinoteatrlarda, aprelin 2-də isə Netflix platformasında yayımlanması planlaşdırılır.

# 164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər