Avropanın 40 ölkəsindən 68 film nüfuzlu kino mükafatına namizədlik uğrunda mübarizəyə başlayıb.
Kulis.az xəbər verir ki, Avropa Film Akademiyası 39-cu Avropa Film Mükafatlarının qısa siyahısını açıqlayıb.
Siyahıya 45 bədii film, 15 sənədli film və 8 animasiya filmi daxildir.
Seçilən ekran əsərləri arasında Pedro Almodovarın “Bitter Christmas”, İlker Çatağın “Yellow Letters”, Verner Hersoqun “Bucking Fastard” və Pavel Pavlikovskinin “Fatherland” filmləri də var. Siyahıda 25 filmin qadın rejissorlar tərəfindən çəkildiyi və ya birgə rejissorluq edildiyi bildirilir.
Mükafatlandırma mərasimi 2027-ci il yanvarın 16-da Afinada keçiriləcək. Qısa siyahıdan sonra Avropa Film Akademiyasının üzvləri namizədləri müəyyənləşdirmək üçün filmlərə baxıb səs verəcəklər.