Rus ədəbiyyatından QEYRİ-ADİ FAKTLAR

Rus ədəbiyyatından QEYRİ-ADİ FAKTLAR
20 aprel 2015
# 15:46

Kulis rus ədəbiyyatı haqqında maraqlı faktları təqdim edir.

Tolstoya məxsus kəndli məktəbinin şagirdləri yazıçının “Hərb və sülh”, o cümlədən başqa əsərlərini oxuya bilmirdilər. Çünki həmin əsərlərdə fransız dilində yazılmış, amma tərcümə olunmamış hissələr var idi.

Roskolnikov obrazını yaratmaqda Dostoyevskiyə iki tarixi personaj kömək edib. Köhnə təriqətçi Gerasim Çistov 1865-ci ildə oğurluq məqsədi ilə iki qoca qarını öldürür. Fransız şair Pyer Fransua Lasener isə 1830-cu illərdə qətl vasitəsilə cəmiyyətdəki nizamsızlığı aradan qaldırmağa çalışırmış.

Bir çoxlarının düşündüyü kimi, Puşkinin “Qaratoxmaq qadın” povestinin baş qəhrəmanının adı Germann deyil. Germann baş qəhrəmanının soyadıdır, onun adı naməlumdur.

Svetlana adını ilk dəfə şair Alerksandr Vostokov 1802-ci ildə yazdığı “Svetlana və Mstislav” romansında işlədib. O, “sevet-işıq” və “lana-düz” sözlərini birləşdirmişdi. Buna baxmayaraq Svetlana adı Vasili Jukovski 1813-cü ildə eyni adlı poema yazandan sonra məşhurlaşdı.

Lev Tolstoyun “Anna Karenina” əsərinin baş qəhrəmanının prototipi A.Puşkinin qızı M.A.Qartunq idi. Tolstoyun sözlərinə görə o roman üçün Qartunqun xarakterini deyil, xarici görkəmini götürübmüş.

Radişevin “Peterburqdan Moskvaya səyahət” əsəri senzorun səhvi ucbatından nəşr olunub. Yazıçı əsəri yol qeydləri kimi təqdim etdiyi üçün senzura məmuru burda qadağan olunmuş fikir olacağını ehtimal etməyib. Buna görə də əsər oxunmayıb.

İsayev Ştirlesin əsl familiyası deyildi. “Baharın 17 anı” serialı Y.Semyonovun eyni adlı əsəri əsasında çəkilib. Əsərdə İsayev kəşfiyyatçı Vsevold Vladimroviç Vladimrovun ləqəblərindən biri imiş.

“Ölü canlar” əsərinin süjetini Qoqola Puşkin danışıbmış. O, eşidibmiş ki, hansısa kənddə bir neçə il ərzindən heç bir ölüm faktı qeydə alınmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, ölən adamları qaçan kəndlilər kimi qeydiyyata alırlarmış.

Sovet ədəbiyyat ənənələrində Qriboyedovun “Ağıldan bəla” komediyasının qəhrəmanı Çastkov müsbət obraz kimi qəbul olunurdu. Qoqol isə onu bambılı hesab edirdi.

# 2382 dəfə oxunub

Oxşar xəbərlər

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər