Gəl oynayaq, ya da həyat budur

Gəl oynayaq, ya da həyat budur
26 avqust 2014
# 00:08

Saday Fərəcov

Gəl oynayaq. Sən harda ? Mən harda?! Amma bir vaxtlar birgə addımlayırdıq. Yolun sonuna tələsirdik. Bitməyən yolun. İndi sən başqa yolda, mən başqa yolda. Yollarımız kəsişsə yol vermərəm. Keçməyin üçün yol verərəm, uzaqlaşmağın üçün yol vermərəm. Həmin o yol yadına düşür? Bax, o günlərdə bu günləri belə fikirləşib, xəyal qurmamışdıq. 6 il xəyalı ilə yaşadığım xəyallarıma gülürəm. Həm suç, həm də puç olan xəyallarım. Bilirəm, yolun azıbsan, indi bu yolu axtarırsan. Təkbaşına tapmaq çətindir. Başqa birisi ilə bu yola çıxa bilməzsən. O yola qoşulmaq üçün bir ara "ULU YOL"a üzv olmaq istəyindən danışım? Ululardan qalan bir cığırdır. Amma hədəfə çatdıran cığırdır.

Həyat bizim yaşadığımız yox, yaşamadığımızdır. Həyat sənin gördükllərin deyil, mənim fikirləşdiyimdi. Mənə görə ən böyük peşmançılıq hədər gedən ömürdür. Bu həyatdır. Qəbul etmədiyim həyat. Danışanda kamil insan obrazı yaratmağımıza baxma, əslində cahil insanlarıq. Bax, bu da həyatdır. Əbəs yerə yazmamışdim "İtirdiklərimiz qazancımızdı", sən də elə zənn etdin ki, itirdiyim sənsən və hələdə qazancım kimi qalmısan. Düzdü, qazanmışam, amma itirdiklərimin müqabilində. Bax, bu da həyatdır.

Necə ki, səni qara libasda görüb sevib, ağ libasda təsəvvür etdim. Hələ özümü qara kostumda demirəm. Amma indi sənin ağ don geyinməyini Allahımdan diləyirəm. Qorxuram sənın ağ libaslıqda görməzdən ,ağ don mənə nəsib olar. Onsuz mən sən gedəndən qara geyinmişəm. İstəmirəm mənə görə kimsə qara geyinib, qarada gəzsin. Bax, bu da həyatdır. Və həyatda nə varsa, onda nəsə görmək olar. Fərqli baxışlarla fərqli baxışlardan biri də... Yaxşıdan da yaxşı var - ƏLA !

Mən adətən hədəfə gec çatıram, ancaq yaxşıların yaxşısına -lazım olan ünvana çatıram.

Köhnə şəkillərə baxıram. Hər şey dəyişdi. Andımız kimi. Bu arada indi əyləşib siz qalan tərəflərə baxıram. Burda...(n). Arzularımı axan ulduzlarla təsəlli edərdim. Gedən getdi. Yağ, ey yağış (gözlərimin əvəzinə ). Buludların arxasında gizlənən arzularım. Oynayaq? Amma mənim pis cəhətim sən (siz)ə görə inadçı olmamdı. Mən həqiqəti görmüşəm. Həyatın çox sifətli olduğunu və o sifətləri bir-bir gördüm. Maskası cırılan həyat. Fani həyat deyərdilər bir vaxtlar. Həyat da sifət edir. Bu söhbət idi, oynayaq ancaq mənim "zakazımı"başqasın oynayan deyiləm. Həyata bircə mənim gözlərimlə baxa biləydin. Kino kimidir. Maraqlı yerində işıqlar sönür. Və həmin o işıq. Bax həyat budur.

Çox ağaclar gördüm, yarpağın tökmüş. Yaz gəldi, yaşıllaşdı, gözəlləşdi. Çiçəkləndi, ətir saçdı. Bəs mənim ölmüş ruhumu kim dirildəcək?! (Bu aralar nəsə bir təhərəm və məni bu halımla ayaqda saxlayan, stimul verən qardaşımdı. Ancaq odur məni ruhlandıran) Deyirsiz insanı yaşadan onun arzularıdı və ən son ümid ölür.

Al – Bu da son .Ümid də öldü. Yadındadır, sənə demişdim "Mən amalım olan şeylərə ümid etmirəm, inanıram"Bax bu mənim həyata baxışım, marağım olmasa da. Nə deyirsən oynayaq ?

Elə bil başqasının həyatın yaşayıram.Zaman gedir. İstədiyim kimi getməsə belə. Zamanın nə qədər dəyərli və ya dəyərsiz olması, sənin nə işlə məşğul olmandan asılıdır. Hər şeyin üst-üstə düşdüyü zaman. Və hər şeyin alt-üst olduğu an. Bax həyat budur. Nə deyirsən oynayaq? Həyatın nəbzin tapdım, amma tuta bilmədim. Gəl daşı tök ətəyindən. Mən deyən havaya ağız əymə. Nə deyirsən ,oynayaq?

Ucuzluq nə qədər yaxşı şey olsada, "sən etmə". Həyat yaxşılıqlardan ibarətdir, sən onu görmürsən.Çünki pislik axtarışındasan. Hər şey yaxşılığa doğru dəyişərkən, yaxşılarda dəyişdi. Nə edəcəyimi bilmirəm ,nə olacağını gözləyirəm. Əsgərliyə getmazdən yarımçı(n)q qalan yazılarımı tamamlaya bilmirəm. Heç olmasa gedərkən qələmimi saxlayardın"İlham pərim".Planı cızılmış həyatım. Sən plana düşdün (söküntülər arasındankı solğun məhəbbətim). Hələ də qərara gələ bilmədinsə nə deyim. Hə nə deyirsən oynayaq?

Ən çox pisimə gedən insanların bir-birinə münasibətidir. İnsanların yox, insanlığın əldən getməsinə üzülün. Bilirəm, sənin bilmədiyin, azdığın yoldan bəri mənim sənsiz vaxtlarımda getdiyim qət etdiyim yollarda qulaq asdığım və vaxtı ilə asdığımız mahnı. İndi ona qulaq asıram və bu mahnını oynayıram. Fərqi görürsən, bayaq ki, fərqli baxışlar. Nə deyirsən oynayaq?

Yox istəmirəm, əvvəl gərək çatasan. Niyyətinə çatasan. Amma qorxuram xəyallarıma çatmadan... Ona görə yarı rekvyem, yarı tərcümüyi-hal, yarı da havalar. Bu sənın düşündüyün oyun havaları deyil. Bu həyatın bizlə oynadığı havadır. Bax həyat budur. Nə edim, mənim gözlədiyim qatarlar ya xətdən çıxdı, ya da depoya getdi.

Neynirəm, təki-tənha yaşanan ömrü,azadlığı ey yar. Arzum idi qəlbində məhbus olam, sonacan zindan ola bilmədin. Qaldı ki, oynamağa, insanların bəziləri itirdiklərini qazanmaq naminə oynayar ( yaşayar ), amma bəziləri əlində olanı qumara qoymur !

# 3245 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #