"Cücələrim" ansamblı beynəlxalq müsabiqənin qalib olub

"Cücələrim" ansamblı beynəlxalq müsabiqənin qalib olub
11 yanvar 2018
# 15:18

Yenidən yaradılan əfsanəvi "Cücələrim" uşaq ansamblı Rusiya paytaxtında keçirilən müsabiqədə birinci yeri tutub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Jizn qorodov" festivalı komitəsi, Moskva şəhəri Mədəniyyət Departamenti və Moskva Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə keçirilən "Milad ulduzları" adlı festivalında iştirak edən "Cücələrim" ansamblı "Xoreoqrafiya-milli rəqslər" nominasiyasında ilk yeri qazanıb.

Müsabiqədə "Cücələrim" ansamblı bəstəkar Tofiq Quliyevin "Qaytağı suitası" əsasında kompozisiyanı təqdim edib.

Qaliblərə müsabiqənin diplomu və kubok təqdim olunub.

Azərbaycan Təhsil Nazirliyi yanında uşaq və gənclərin inkişafı Respublika Mərkəzinin direktoru Firuzə Sultanzadə ansamblın üzvlərinə və xoreoqraf-pedaqoqlara bu qələbəyə görə təşəkkürünü bildirib: "Əlimizdən gələni edəcəyik ki, uşaqlarımız daha çox xaricdə keçirilən festivallarda iştirak etsinlər".

"Milad ulduzları" festival-müsabiqədə Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrdən olan uşaqlar iştirak ediblər. Festivalın məqsədi incəsənətin müxtəlif janrlarının gözəlliyini və təkrarolunmazlığını göstərmək, çoxmillətli Rusiyanın və xarici ölkələrin uşaqlarının yaradıcılıqları ilə tanış etmək olub. 2500-dən çox iştirakçının akkreditə olduğu festivalda münsiflər heyətində Rusiyanın "Bolşoy teatr"ının aparıcı solistləri, tanınmış mədəniyyət xadimləri və Rusiyanın estrada ulduzları təmsil olunublar.

"Cücələrim" ansamblının üzvləri Azərbaycanın Rusiyadakı səfirliyində qəbul olunub. Onlar üçün xüsusi proqram hazırlanıb.

# 1271 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #