Aydın Xırdalanlı Qismətə cavab verdi 

Aydın Xırdalanlı Qismətə cavab verdi 
13 sentyabr 2013
# 11:04

Bayram Kürdəxanı qərdeşimə həsr eliyirəm...

Əvvəlcə onu degim ki, qərdeşim Həci Qismətin rəvan təbinə, ustadına əhsən degirəm. İnşəallah ki, Allah bizi dost-düşmən içində xar eləməz. Amin!

Bəhrdə bir az qırıqlıq oldu, yəqin ustadlar bunu hiss elədi. Bir-iki söz də qulaq qafiyesi idi, rədiflə düz gelmirdi.

Mən də böyük söz ustadları Hacı Ramizdən, Hacı Anardan, Hacı Fikretdən, Hacı Çingizdən Məşədi Salamdan, Kəbleyi Xanəmirdən, Dərviş Vəlidən, Bızovna uşağı Kənan qərdeşimdən, uzaq Kolumbiyadan Hacı Markes müəllimdən, Türkiyədən yaxın dostumuz, meyxana xiridarı Hacı Orxan qərdeşimdən, Rusiyadan Kəbleyi Sergey müəllimdən, Nobelli kitay qərdeşim Modan dəstək gözdiyirəm.

Həci qərdeşimizin bir sözü məə çatmadı, necə bəgəm hər evdə sintizator olacey, dükanda qafiyə satılacey? Təb bəgəm kərtof-soğandı? Yağın elə-belə digib, dəstək olsunlar diye. Xirqə söhbəti də yaraşmaz Həci qərdeşimə. Bu sənəti yaşadanlar çoxdan o xirqələri geyinib əgninə.

Sözün düzi uzun müddətdir sənətdəyəm, Qismət qərdeşlə heç degişməmişəm. Allaha şükür ki, Həci özü səbəbkar oldu. Çox sağol diyirəm. O da yaxçı oğlandı. Amma süzdən xahiş edirəm ki, əsil sözə, təmiz meyxanaya qiymət verəsüz. Qərdeşin ev tapşırığını balkonda yazmağını da nəzərə alun, çünki xəzri də, gilavar da təbə təsir eliyir. Qardaş canı, onun dediyi təmiz meyxana ola bilməz, çünki o bədihə deyir. Bir də kasıb-kusub şairdən SMS istəmək yaxçı dögül. O uşağları tanımıram, əmma bilirəm ki, bu gün mən tutuzduraciyəm.

Ya allah!

Həci, ordan bir dənə mi ver, başdıyağ...

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Yırtıcılar içində naharmı axtarırsan ?

Başım çıxır romandan, kalandı istedadım,

Dönər, keks mənlik deyil, kababdır ağız dadım,

Seks-zad nədi aşna, prosto çıxıb adım,

Zəhmətkeş əllərimdə qabarmı axtarırsan?

Bütün ölkə bazardı, bazarmı axtarırsan?

Yekə kişisən a şair, “vino” nədir mən içim?

Kitab nəyimə gərək, oxuyum həyatdan köçüm?

Mənimki Koleyodur, özümçün ölçüm-biçim.

Sən ciddi ədəbiyyatda naharmı axtarırsan

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Bir günə yaşıyardım, “Yüz illik tənhalığı”,

Çoxunu salıb pis günə Kafkanın axmağlığı,

Markes şəbədə qoşandı, Pamuk yazır lağlağı,

Həyatına bundan güclü, udarmı axtarırsan

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Utanmırsan a şair, qarğış yaraşmır sənə,

Gülür tində, dalanda, tanış yaraşmır sənə,

Doğma Qarabağundan danış, yaraşmır sənə,

Özgə məmləkətində baharmı axtarırsan?

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Özümlə kayf tutmuram, özümə çəkmirəm dağı,

Qıza hədiyyə almasam gözümə soxur barmağı,

Yaxşı saldın yadıma sən Ağasəlim Çildağı,

Sən ondan istedadlı yazarmı axtarırsan?

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Dövr köhnə dövrdü, zaman köhnə zamandı,

Biz sindəftərlərik, oxumuruq ki, ziyandı,

Sənin kimi şairlərin yeri universitet filandı,

Mən dediyimdən dəqiq, şüarmı axtarırsan?

Bütün ölkə bazardı, bazarmı axtarırsan

# 4907 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #