İnsan taleyinin səsli mətni

İnsan taleyinin səsli mətni
8 iyul 2013
# 12:39

Sağ ayağım yoxdu. Bir qolum quruyub. Sol gözüm görmür. Yalnız bir qulağım eşidir. Böyrəyimin birini çıxardıblar...

Bütün arzular uçub gedib. Ümidlər kölgələnib. Ağlımda ancaq itirdiklərimdi...

Mən bütün bunların yoxluğunun hesabına anlamışam ki, bütün bunlarsız da yaşamaq mümkündür. Yetər ki, ürəyin döyünsün. Yetər ki, Ürəyin olsun...

Əslində ürək döyüntüsü insan taleyinin səsli mətnidir. Ən azı hər döyüntü sonuncuya doğru daha bir addım atıldığından xəbər verir. Məncə insan ana bətninə düşəndə artıq onun ürəyinin neçə dəfə döyünəcəyi hələ olmayan ovcuna yazılır...

Deyirlər hər kəsin ürəyi yumruğu boydadı. Əslində hər kəsin yumruğu ürəyi boydadı. Çünki birinci ürək yaranır, sonra yumruq...

Bəlkə də ürəklə yumruğu ona görə müqayisə edirlər ki, hər ikisinin içində insanın taleyi gizlənir...

Ovcunuzu açın və baxın. Görəcəksiniz ki, orada da bir mətn var. Xətlərdən ibarət bir mətn. Həmin o xətlərdə ürəyin ümumilikdə nə vaxtadək döyünəcəyi yazılıb bəlkə də (oxumağa cəhd etmək bizə düşməz).

Deyilənə görə insanın ovcundakı xətlər də onun taleyinin yazılı mətnidir...

Tanrıya minnətdarlıq edərkən, nəyəsə and içərkən, lap elə himni dinləyərkən əlinizi ürəyinizin üzərinə qoymadınızmı heç? Bəlkə belə həssas məqamlarda əlimizi ürəyimizin üzərinə qoymağımız məhz taleyimizin yazılı mətni ilə səsli mətnini birləşdirməyimiz üçündür? Bəlkə məhz bu iki mətn üst-üstə qoyularkən biz daha çox insan oluruq ?

Bilmirəm...

Bildiyim yalnız odur ki, hər iki mətndə Sən varsan...

# 3614 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #