Mənim sevimli insanım

Mənim sevimli insanım
18 dekabr 2013
# 11:05

Hansısa bir şəhərlərarası avtobusun yolüstü dayanacağında, yaxud qatarın, gəminin restoranında təsadüfi masa yoldaşın olur kimsə. Birlikdə nahar edib, ya çay içib beş üç kəlmə kəsirsən, sonra hərə öz yoluna gedir.

İllər, ya de elə bir müddət sonra anlayırsan ki, demə sən o vaxt rastlaşdığın adam sadəcə birisi deyilmiş. Sənin içindəkinə bəlkə də özündən daha çox oxşayan sənin İNSANINMIŞ.

Sonralar çölündə-yəni ətrafındakılara həvəslə həmin yolüstü görüşdən danışıb özünü onunla guya tanış kimi qələmə versən də, içində həmişə özünü-niyə diqqətsiz oldum, niyə vaxtında başa düşmədim-deyib qınayırsan, asıb kəsirsən.

Amma nə çölündəki, nə də içindəki havalar səni aldada, ovuda bilmir. Gedən artıq getmişdir. Deyirəm yaxşı ki, biz yolda yox, vağzalda rastlaşdıq. Özü də harasa getmək üçün yox, kimlərisə yola salıb öz şəhərimizdə qalmaq üçün...

Nə yaxşı ki, bir-birimizi tanımaqda çətinlik çəkmədik... Bilmirəm hansımız hansımıza daha çox oxşayırıq. Amma bilirəm ki, biz çox oxşayırıq. Sadəcə fərqli illərdə, fərqli günlərdə.

Amma eyni dövrdə və eyni məkanda. Heç bilmirəm bütün bunları niyə yazdım... Hə, təbrik üçün. Bu gün onun doğum günüdü axı. Mənim sevimli insanımın, bizim Qabil Abbasoğlunun !

# 3822 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #