Adamlar

Adamlar
24 oktyabr 2012
# 00:07

Adamlar ağacda yetişsəydilər yaxşı olardı. Valideyini itirmək qorxusu ilə yaşamazdılar. Yetişib düşərdilər ağacdan suya, axardılar alın yazıları boyunca. Axardılar, axardılar, kiməsə qoşulub yenə axardılar...

O ağac da qalardı orda. Bir gün bir iş adamı gəlib kəsərdi o ağacı. Yerində Şadlıq sarayı tikərdi. Adamlar da nə vaxtsa bundan xəbər tutsalar əməlinə görə uzağı ağackəsənə bir müddət nifrət edərdilər.

Kiməsə nifrət etmək vallideyinin yoxluğuna dözməkdən asandı axı. Sonra yenə axardılar... Elə axaraq da hamı kəsilmiş ağacının əvəzinə yenisini əkərdi... Sonra çoxlu adam yetişərdi... Hamısı da suya tökülərdi...

Adamlar suda çox xoşbəxtdilər. Hətta küsülülər belə suda küsülü görünmürlər...

Mən səni suya dəvət edirəm. Ağacda yetişməsək belə... Əslində suya girmək ağaca çıxmaqdan daha maraqlıdır. Çünki göylər təkcə başın üzərində yox, həm də ayağının yanında olur. Hətta əlini də vura bilirsən. Günəşi, buludları qarışdıra da bilirsən... Qarışdırırsan, qarışdırırsan, sonra başını qaldırıb görürsən ki, kimlərsə sənə baxır. Utanırsan.... Amma bədbəxt olmursan...

facebook.com/ilqar.rasul

# 3192 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #