Qadına mesaj

Qadına mesaj
27 sentyabr 2012
# 05:00
İngilis araşdırmaçıları hər mənasız şeyi araşdırdıqlarından ya nədəndir, deyilənə görə fikrinin qabağına “ingilis araşdırmaçıları deyirlər” ifadəsini artırsan, dalıyca nə istəyirsən deyə bilərsən. Daha o fikrə zaval yoxdur.

Eynən Facebookda öz adından deməyə çəkindiyin bir fikrin sonuna bir (c) işarəsi artırıb yazmaq kimi.

İngilis araşdırmaçıları yalan-gerçək bu dəfə qadınları hirsləndirən səbəbləri axtarıblar. Məlum olub ki, qadınları əsəbiləşdirən on səbəbdən biri də, əvvəli “ülvi məhəbbət”lə, “birgə keçən uzun və xoşbəxt həyat”la, “sənsiz yaşaya bilmərəm”lə başlayıb “səni sevirəm”lə bitən mesajlarına kişilərin “mən də”, “eyni ilə”, “mən də canım”, “hə” kimi qısa cavablar yazmaqlarıdı.

Qadınlar bu cür mesajları oxuyanda başlarından tüstü çıxır. Belə vəziyyətlərdə imkanlı, qlamur qadınlar bahalı ayfonlarını yerə çırpmaqdan özlərini güclə saxlayırlar.

Bəziləri isə küsürlər. Günlərlə danışdırmırlar.
“Nə olub?”

“O boyda mesaj yazmışdım, qayıdıb bir kəlmə cavab yazmısan”

“Bir kəlməlik mesaja möhtac olanlar da var, sən bir onları da düşün”

Qadınların kişilərdən bir fərqi də onların kişilərə nisbətən çox danışan olmalarıdır. Alimlər bunun səbəbini lap qədimlərdə, mağara insanlarında axtarırlar. Əsas məşğuliyyətləri ovçuluq olan kişilər marıqda dayananda susmağa məcbur olduqları kimi, qadınlar da mağarada qalanda, bitki kökləri, giləmeyvələr toplayanda danışmağı, qeybət etməyi öyrəniblər.

Başqa bir araşdırmaçı qrup isə (yəqin ingilislərdi) kişiləri xoşbəxt edən 4 hərəkətdən ikincisinin səssizlik olduğunu deyiblər. “Kişilər xoşbəxt olduqları zaman susurlar. Qadınların da səssizliyi münasibətlərdəki etibar hissini artırır”.

Bir anlıq adama elə gəlir ki, bu araşdırmalar nəyisə dəyişəcək. Vəssalam. Bundan sonra kişilər daha uzun mesajlar yazacaq, qadınlar daha az danışacaq. Ortada araşdırma da var. Tənqiddən nəticə çıxartmaq lazımdır.

Hər şey də düzələcək. Daha qadınlar qısa cavab mesajlarına görə hirslənib küsməyəcək, kişilər də qadının uzun nitq iradına ağzını açıb gözünü döyməyəcək ki, bu söhbət nə vaxt bitəcək.
Amma belə olmayacaq. Yüz araşdırma ola, yenə düzələn deyil.

P.S. İndicə uzun bir “sms”ə qısaca “hə” yazmışam, bitdim mən.
# 1590 dəfə oxunub

Oxşar xəbərlər

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
#
#
# # #