Səhnədə paltarını soyunan, qadınların döyülməyinə gülən stendapçı

Aytac Məmmədova, aktrisa

Aytac Məmmədova, aktrisa

4 fevral 2022
# 15:05

Söz verdiyim kimi “Stand-Up Baku” biabırçılqıları haqqında növbəti yazını təqdim edirəm.

Budəfəki dırnaqarası sənətçi “Stand-up Baku”nun digər qadın aktrisası Aytac Məmmədovadır. Tanımadız? Yəqin, üzdən tanımırsız.

Qeyd edim ki, “Stand-up Baku”nun dəyərli aktyor və aktrisa heyəti nigaran qalmasın. Növbə hamıya çatacaq. Əvvəlcə ən şit və bayağıları ələyirəm. Bəlkə də, bu yazılar adlarını hələlik çəkmədiyim digər üzvlərin canına yağ kimi yayılır. Onların deyə bilmədiklərini dediyim üçün mənə minnətdardırlar.

Keçən yazıda açıq-saçıq geyimlə diqqət çəkməkdən, qadın haqlarından gen-bol yazmışdım, təzədən yazıb özümü “Stand-up Baku”nun aktyorları kimi təkrarlamaq istəmirəm. Eləysə, gəlin keçək əsas mətləbə, görək Aytac Məmmədova və onun kimiləri cəmiyyəti necə zəhələyir və səviyyəsizləşdirir.

Mən hələ Aytac Məmmədova kimisini görməmişdim. O, başqa aləmdir, ayrı bir leveldədir. Bilmək olmur içib, çəkib səhnəyə çıxır, ya “başı əvvəldən belə gözəl olub”.

Hər halda, mən bu qıza baxanda çox təəccübləndim. İnsanlıqdan çıxaraq başqa bir mərtəbəyə yüksəlib. O, hər bir halda tamaşaçını məmnun etməyə çalışır. Gah səhnədə yubkasını soyunur, gah onu tərk edən keçmiş sevgilisinə söz soxur, gah nə bilim müxtəlif heyvan səsləri çıxarır. Təki camaat sıxılmasın.

Özümü bir anlıq sirkdə hiss edirdim. Aytac Məmmədova bu cəhətdən əlindən nə pis iş gəlirsə, səhnədə onların hamısını edir.

Əvvəlcə istədim ki, “Stand-up Baku”nun əttökən, qıjı, şit heyəti ilə elmi dildə danışıb, onları cəmiyyətə nə qədər ziyan vurduqlarından hali edim.

Misalçün, yaza bilərdim ki, tarixi inkişafının gedişində əldə etdiyi spesifik cizgilər “Stand-up Baku”nun yumor məsələlərinə münasibətində bir-birinə əks iki yanaşma meydana çıxarmışdır. Birincisi odur ki, “Stand-up Baku” obyektiv münasibətdə öz ölkələrinin onlara baxan qisminə yolgöstərən mayaktək səviyyəsizlik və bayağılıq aşılayır. İkincisi isə bundan ibarətdir ki, ölkənin məcburi şəkildə öhdəliyidir ki, cəmiyyətə ziyan vuran və onun regenerasiyasına təsir etməyən hər obyekt və subyektin anusundan bir təpik vursun.

Bu elmi izahımdan sonra ümid edirəm ki, bəzi debillər mənə “sən onlara paxıllıq edirsən” yazmazlar.

Amma yazmadım... Çünki bunlar elm-zad qanan adamlar deyil. Bunlarla gərək arqo ilə, jarqonla danışasan. Baltanı əlinə alıb başlayasan budamağa. Yoxsa başqa cür mümkün deyil. Hələ imkanları olsa, məni söhbətə çağırıb, söhbət çürütmək potensialları da var.

Aytacın çıxışlarına keçməzdən əvvəl vacib bir qeydim var. Bu yazını nə qədər sərt və qəddarcasına yazsam da, mənim Aytaca yazığım gəldi.

Deməli, yenə hansısa heç gülməli olmayan, ağzınagələn bir şey danışırdı. Çıxışını bitirəndən sonra 1-2 saniyə gözlədi. Bu 1-2 saniyədə isə heç kim, heç bir Allah bəndəsi gülmədi. Həmin 1-2 saniyədə mən çıxışı boyu axır ki, vaxt edib sifətinə də baxa bildim. Bu anda onun gözlərini gördüm. Çox pis vəziyyətə düşmüşdü. Sanki balaca bir quş kimi susuzluqdan yanırdı və insanlardan imdad diləyirdi. İnsanlar isə ona kömək etmirdilər.

1-2 saniyədən sonra isə camaat gördü ki, söhbətin gülməli yeri bitibmiş və gülmək lazım imiş. Məcbur olub, üzə düşüb başladılar gülməyə. Bir-iki rəfiqəsi şaqqanaq çəkdi. Hətta arxa cərgələrdən bir neçə kişi özlərini Aytaca göstərmək üçün bağırmağa başladılar, bir nəfər stolun üstünə çıxıb, özünü yerə atdı, hətta bir nəfər kişinin gülməkdən ürəyi getdi. Nəticədə özlərini Aytac xanımın gözünə soxa bildilər. Bu anda özümü Afrikada çəkilən heyvanlar aləmində hiss etdim.

Hər nəysə, Aytacın özünü biabır etməyi, karikatura kimi görünməyi mənim problemim deyil. Nə qədər ki, özünü belə aparacaq, nə qədər ki, bu cür səviyyəsiz və şit işlərlə məşğul olacaq, belə pis vəziyyətlərə düşəcək.

İndi isə gəlin keçək yazımızın qəhrəmanının çıxışlarına.

Çıxışları olduğu kimi, necə var elə də yazacağam. Mən bu çıxışlara baxanda həqiqətən şok oldum. İlahi, bu qız nə qədər iyrənc hərəkətlər edir. Bir qadın necə bu qədər səviyyəsizləşə bilər? Siz də bilmək istəyirsizsə, oynat bakalım.

“Xalaqızı dimişkən, mənim iki dənə xalam qızı var (zalda gülüşmələr – WTF?). İkisi də ərdədir. Allah xoşbəxt eləsin (zalda alqışlar). Deməli birinin əri içəndi, içib bunu döyür (Aytac qəh-qəhəylə gülür və zalda bağıra-bağıra gülürlər - ??), o birinin də əri əsəbidir, xırda nəyəsə əsəbiləşən kimi basır döyür (alqışlar)”.

Vallah, billah, bu qız ya özünü gic yerinə qoyub, ya ona baxan adamları. Bir qadın bu şeylərə necə gülə bilər axı? Necə hansısa qadının döyülməyini gülməli bir şey kimi durub camaata danışmaq olar? Bu qadın nə edir? Bu nə biabırçılıqdır? Niyə heç kim bunun ağzının payını vermir?

Bu açıq-aşkar qadın zorakılığına, qadın haqlarının tapdalanmasına, qadın cinayətlərinə haqq qazandırmaqdır. Cinayətdir, vicdansızlıqdır.

Mən belə görürəm ki, bu yazı ilə filan düzəlməyəcək, ona görə də keçirəm qarğışa.

Ay Allah, Aytacın ömründən kəs, küçə heyvanlarının ömrünə cala. Amin. Ay Allah, sən Aytacın qabağına onun güldüyü şeyləri çıxar.

Hələ bunun dilini-ağzını bağlamaq üçün caduya da baş vuracağam. Məsləhətli falçı tanıyırsızsa, mənə yönləndirin, zəhmət olmasa.

Edam cəzası olsa, Aytacı ayaqlarından asdıraram.

Bu məsələ ciddi bir məsələdir və kimsə bunu dayandırmalıdır. Aytac da çıxıb Azərbaycan qadınlarından üzr istəməli, bu cür biabırçılığa görə hətta ölkədən çıxıb getməlidir. Yoxsa bu söhbət hələ çox su aparacaq.

Növbəti çıxış: (necə danışır, elə də yazmışam)

“Siz oğlanların çox qəribə xasiyyəti var. Bir qızla danışırsız, keçirsiz başqasına. Başqasıyla danışırsız, keçirsiz o birinə. Görürsüz heç nə alınmır, təzədən qayıdırsız, ən birinciyə. O birinci qıza qayıdanda, ya o qız ərə getmiş olur, ya da nişanlı olur. ... Bu bilirsiz nəyə oxşayır? Elə bil oturmusuz katlet yeyrisiz. Bir dişləm katletdən yeyirsiz, qoyursuz qırağa. Görürsüz AAAAA üzüm. Bir-iki dənə keçib üzümdən yeyirsiz. Sonra gözünüz sataşır torta. Ay daaa nə qəşəng tordu. Bir qaşıq götürən kimi görürsüz ki, siz istəyən tort deyil bu. Və birdən yada düşür ki, mənim axı kotletim var idi. (zalda yenə qışqıra-qışqıra gülən kişi səsləri)”...


Başa düşmədiz? Günah sizdədir də. Qızın sifətinə baxsaz, başa düşərdiz. Qız orda hikmətli kəlamlar səsləndirir, dünya və həyat, qadınlar və kişi arasındakı sosial münasibətləri kotlet üzərindən camaata izah edir, siz isə onun mini ətəyinə baxırsız.

Bu qızın noxud boyda beyni var. O, balaca beyni ilə elə bilir ki, qadın yemək kimidir. Kim tez yesə onundur. O, elə bilir ki, qadının həyatdakı funksiyası ya ərə getmək, ya da nişanlanmaqdır. O, hətta elə bilir ki, qadını döymək də olar, öldürmək də. Bir gün danışıb güldükləri faciələr qabağına çıxanda, özü necə böyük səhvlər etdiyini başa düşəcək.


Hələ Əlibəy Məmmədli adında adam var. Bunlar “çıtanı” yüksəldib, ranqı qaldırıb, “plankanı ən yuxarıdan tutub” duet şəklində çıxış edirlər. Onlara bir söz tapa bilmədim. Ən azından Azərbaycan dilində onların “çuşkalıq” və bayağılığını ifadə edən bir söz yoxdur. Onlara, ümumiyyətlə, baxmaq olmur. Biabırçılıqdır.


Burdan üzümü tuturam, əvvəlcə “Stend-up Baku”nun konsertlərinə gedən adamlara. Əgər əzilib-büzülərək, ayfon atəşi ilə yanan Aytac adında bir qlamurka, yarı-çılpaq halda sizə nəsə danışmaq ehtiyacı hiss edirsə, bunun birinci günahkarı sizsiz. Onlara pul verərək, bilet alaraq, yalandan alqışalayıb, gülərək, poh-pohlayaraq şişirdən sizsiz. Burda artıq söhbət Aytacın diapazonundan çıxaraq daha çox genişlənir. Onun və sizin təbliğatınız sayəsində yeni-yeni Aytaclar peyda olur. Şəhərdə hər bir cavan qız özünü Aytac kimi aparmağa başlayır. Tək amalları evlənmək, ərə getmək, bahalı restoranlarda əylənmək, ayfon almaq və burunlarını kəsdirmək olan təzə Aytaclar dünyaya gəlirlər.


Aytacın özü də yutubdakı videolarının altına gələn rəyləri oxuyur və əminəm ki, bundan xəbərdardır. Özü çox yaxşı bilir ki, camaat onun haqqında nə düşünür və həmin videolara nə üçün baxır. Pul qazanmaq ayıb deyil. Mən o qədər tolerantam ki, bədənini satıb pul qazananlara da hörmət edirəm. Amma “Stend-up”dakıların elədikləri şey, bundan da iyrəncdir. Bu biabırçılığa kimsə son verməlidir.

Cəmiyyətin zəhərləndiyini və bu cür şou proqramlardan təsirlənən kifayət qədər gənclərin olduğunu bilə-bilə, buna niyə və nə üçün davam edirsiz? Korsuz? Gedin özünüzə bir sənət tapın.

Bəlkə də, “Stand-up Baku”nun heyətində sağlam düşüncəli, normal təfəkkürlü adamlar var. Halbuki mən buna şübhə edirəm, çünki normal təfəkkürlü adamlar o bataqlığın içində qalmazdılar, ya da Aytacı oradan qovardılar.

Hər halda, biz var sayaq. Varsa da, nadürüstlük edib, səslərini çıxarmırlar. Susub, beş-üç manata görə əqidələrini, mənliklərini satırlar. Bəlkə də, həmin sağlam düşüncəli adamlar nəsə etmək istəyirlər, Stend-up sənətini ölkədə inkişaf etdirmək arzusundadırlar, bu işə təzə başlayan gənclərə örnək olmaq, yeni cığır açmaq məqsədləri var. Amma nə olsun?

Aytac və onun mini ətəyini ora çıxarıb, ondan istifadə etmək, kommersiya məqsədilə özünü satmaq, soruşanda “kütlə nə istəyir, biz də onu veririk” cavabını vermək ən böyük günahdır və həmin günahkarlar çox şiddətli şəkildə cəzalandırılmalıdır. Bayağı şeylər istəyən kütləni,siz yaradırsız. Həmin kütləni siz formalaşdırırsınız.


Kiçik bir qeydim var:

Müşahidələrimə əsasən, Aytac adlı qızların əksəriyyəti çox mənasız və məzmunsuz olurlar. Havalara girirlər. Bacardığım qədər Aytac adlı qızlardan uzaq durmağa çalışıram. Onları niyəsə zəhərli gürzəyə bənzədirəm. Hər an adama nəsə edə bilərlər.

# 8200 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #