Zəfər haqqında növbəti tamaşa

Zəfər haqqında növbəti  tamaşa
22 oktyabr 2025
# 16:20

Ağdam Dövlət Dram Teatrının səhnəsində ilk dəfə fərqli üslubda - multimedial tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin premyerası oktyabrın 30-da olacaq.

Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə gələn eyniadlı tamaşanın quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.

İkinci Qarabağ müharibəsindəki hadisələrin mənəvi-psixoloji aspektlərini önə çıxaran tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə, Rüstəm Məmmədov və Behbud Əsgərov ifa edirlər.

Əsər 44 günlük Vətən müharibəsi dönəmində arxa cəbhədəki bir ailənin psixoloji travmalarından yaranmış gərginlik və qarşılıqlı ziddiyyətlərdən bəhs edir. Müəllif pyesi 2020-ci ildə - müharibənin ilk 10 günlüyündə qələmə alsa da quruluş müəllifinin istəyi ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu da əlavə etmişdir. Belə ki, R. Şıxlı müəlliflə birgə yenidən əsər üzərində işləmiş, rejissor yozumunda əsərin finalını zəfərə qədər gətirib çıxartmışdır.

Fərqli janrda – psixoloji-ictimai-patriotik-ailə dramı olaraq öz səhnə həllini tapmış əsər tamaşaçı ümumilikdə müharibənin insan hisslərində buraxdığı dərin izlərin fərqli hadisələr və ruh halları fonunda yaratdığı təəssüratı korrekt təqdim etməyə çalışır.

Onu da qeyd edək ki, əsərin motivləri əsasında “Qarabağ Azərbaycandır!” adlı qısametrajlı kollaj-sənədli film də çəkilmişdir. Filmin ideya müəllifi Məhəmməd Hüseynov, ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, montaj və təsvir rejissoru “Ümüd” mükafatçısı Anar Əhməddir.


# 2397 dəfə oxunub

Oxşar xəbərlər

"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

12:00 29 may 2026
“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər