Sumqayıt Teatrında “Gəlinlərin savaşı”

Sumqayıt Teatrında “Gəlinlərin savaşı”
6 noyabr 2025
# 15:22

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında “Gəlinlərin savaşı” adlı yeni komediya tamaşasının məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorlar Ümid Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssam Osman Salmanov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.

Yeni səhnə əsərində əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, eləcə də aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkari rol alırlar.

“Gəlinlərin savaşı” ailə münasibətlərinə yumor prizmasından baxan, 3 ərköyün gəlinlə sülhsevər qayınananın qarşıdurması üzərində qurulmuş maraqlı komediyadır. Gəlinlərin eqosu və qayınanaya qarşı davranışları ailədə gərginlik yaradır. Lakin müdrik qayınana bu vəziyyəti zəka və təmkinlə həll edərək ailədə harmoniya yaradır.

Komediyada məişət münaqişələrinin doğurduğu gülməli vəziyyətlər tamaşaçını həm əyləndirəcək, həm də düşündürəcək.

# 1774 dəfə oxunub

Oxşar xəbərlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər