Sumqayıt Teatrı "Qaravəlli" tamaşasını təqdim edib

Sumqayıt Teatrı "Qaravəlli"  tamaşasını təqdim edib
26 noyabr 2025
# 11:48

Sumqayıt Dövlət Dram Teatrı Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib.

Kulis.az xəbər verir ki, tamaşanın nümayişində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir. Səhnə sərinin ritmikası Ramazan Xanlarova, musiqilərin ifası isə “Dərviş" qrupuna aiddir.

Tamaşanın əsas mövzusu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç etməsi üzərində qurulub.

Qeyd edək ki, səhnə əsərində obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev canlandırıblar.

# 1796 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

13:40 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər