Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb
31 oktyabr 2024
# 10:48

Qazax Dövlət Dram Teatrı oktyabrın 30-da Qazaxıstanın Astana şəhərində keçiriləcək “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün qastrol səfərinə yola düşüb.

Kulis.az xəbər verir ki, festival çərçivəsində teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı “Çadır altında - mən” tamaşası ilə noyabrın 3-ü saat 11:00-da Maksim Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

“TEATR ALL” III Beynəlxalq Teatr Festivalı Abay Dövlət Mükafatı laureatı, Qazaxıstanın istedadlı rəqqası, caz artisti, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Roza Mukanovanın 60 illik yubileyinə həsr olunub.

Festivalda Qazax Dövlət Dram Teatrı ilə yanaşı Qazaxıstan, Qırğızıstan Respublikalarının müxtəlif teatrları iştirak edir.

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər