Qazax Dövlət Dram Teatrı festivalda mükafata layiq görüldü

Qazax Dövlət Dram Teatrı festivalda mükafata layiq görüldü
4 noyabr 2024
# 12:42

Qazax Dövlət Dram Teatrı noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirakını uğurla başa çatdırıb.

Kulis.az xəbər verir ki, teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı “Çadır altında – mən” tamaşasını Maksim Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirib.

Bu festival çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Festival sonra mükafatlandırma həyata keçirilib. Tamaşanın aktyorlarından əməkdar artist Xəzər Gəncəli “ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülüb.

Tamaşanın nümayişində əsərin müəllifi Roza Mukanova və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da iştirak edib. Tamaşadan sonra teatrın kollektivi ilə xatirə fotosu çəkdirilib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

“TEATR ALL” III Beynəlxalq Teatr Festivalı Abay Dövlət Mükafatı laureatı, Qazaxstanın istedadlı rəqqası, caz artisti, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Roza Mukanovanın 60 illik yubileyinə həsr olunmuşdu.

Festivalda Qazax Dövlət Dram Teatrı ilə yanaşı, Qazaxıstan, Qırğızıstan Respublikalarının müxtəlif teatrları iştirak edirdi.

# 2490 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər