“Nəsildən-nəslə teatr” layihəsi təqdim olundu

“Nəsildən-nəslə teatr” layihəsi təqdim olundu
10 iyul 2024
# 12:44

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsini təqdim edib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının təşkilati dəstəyi ilə keçirilmiş tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli 9 iyul 2024-cü il tarixində teatrın kiçik səhnəsində baş tutub.

MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən panelin qonağı Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə olub.

Seminarı MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin məqsədinin Azərbaycan teatrının inkişafına dəstək göstərmək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, eləcə də gənclərin cəlb edilməsi və nəsillər arasında təcrübə mübadiləsinin təşkili olduğunu vurğuladı.

Bəxtiyar Xanızadə gənclərlə teatr işinin təşkilində sosial-iqtisadi və bədii-konseptual aspektlər, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s.mövzularda fikir mübadiləsi apararaq öz zəngin teatr təcrübəsini bölüşüb. O, həmçinin, qeyd edib ki, yeni dövr konseptual teatrla məşğul olmaq üçün ənənələr və peşəkar meyarlar üzərində qurulmuş eksperimental forma axtarışları olduqca vacibdir.

İştirakçılara xoş təəssüratlar bağışlayan tədbirin sonunda xatirə şəkli çəkildi.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.

# 2296 dəfə oxunub

Oxşar xəbərlər

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

11:34 14 mart 2026
“Birinci akt”  tamaşasının premyerası oldu

“Birinci akt” tamaşasının premyerası oldu

14:40 13 mart 2026
“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər