Musiqili Teatrın fevral repertuarı

Musiqili Teatrın fevral repertuarı
30 yanvar 2026
# 10:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 2026-cı ilin ikinci ayında repertuarı zəngindir.

Kulis.az əbər verir ki, fevralın 1-də teatrın səhnəsində musiqi müəllifi P.Bülbüloğlu, libretto müəllifi M.Şerbaçenko olan “Nəğməmə inan” (rus dilində) tamaşası göstəriləcək.

Fevralın 6-da “Qızıl toy” (O.Kazımi, R.Heydər) musiqili komediyası, ertəsi gün kiçik səhnədə “Killerdən teleqram” (P.Seyidli), əsas səhnədə isə “Kimdir müqəssir?” (Ə.Haqverdiyev) tamaşaları təqdim olunacaq. Fevralın 8-də səhnədə “Beşmanatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyası olacaq.

Musiqili Teatrın repertuarına yenicə daxil olan “Zal qızı Zalxa” tamaşasının fevralın 13-də növbəti nümayişi nəzərdə tutulub. Qeyd edək ki, Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında yeni quruluşda (rejissor Samir Qulamov) hazırlanan və bəstəkarı Cavanşir Quliyev olan musiqili komediyanın premyerası yanvarın 30 və 31-də olacaq.

Bundan əlavə, ay ərzində “Sevənlərindir dünya” (Ə.Pəhləvan), “Bəxtiyar” (T.Quliyev), “Paris Notr-Dama ithaf” (V.Hüqo) və s. tamaşalar teatrsevərləri gözləyir.

Musiqili Teatr balaca tamaşaçıları da unutmayıb. Fevral ayında şənbə və bazar günləri “Yatmış gözəl və cırtdanlar”, “Qımızı papaq” (rus dilində), “Bremen musiqiçiləri və Pen” və s. maraqlı uşaq tamaşaları repertuarda yer alıb.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər