“Lokomotiv və vaqonlar” hazırdır

“Lokomotiv və vaqonlar”  hazırdır
3 iyul 2024
# 11:40

Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə işi tamamlanıb. Yeni tamaşa Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanıb.

Kulis.az xəbər verir ki, əsərə teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verib.

Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalovdur.

Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.

Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.

Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.

Səhnə əsərində Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər.

Tamaşanın premyerası cari mövsümün sonunadək gerçəkləşəcək.

# 2326 dəfə oxunub

Oxşar xəbərlər

"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

12:00 29 may 2026
“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər