Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümü başa vurdu

Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümü başa vurdu
22 iyul 2024
# 09:58

XIX əsrin sonlarında Lənkəranda yaranmağa başlayan teatr XXI əsrə qədər gəlib çıxa bildi. Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə N. V. Qoqolun "Evlənmə" komediyası tamaşaya qoyulub.

Kulis.az xəbər verir ki, Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N. B. Vəzirovun "Oddan alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası ilə başlayıb. 1949-cu ildən bu teatrın dövlət statusu dəyişdirilib. 1973-cü ilin dekabr ayının 6-da Lənkəran teatrı Mirzə İbrahimovun "Yaxşı adam" komediyası ilə yenidən Dövlət Teatrı kimi fəaliyyətə başlayıb.

Teatr son 51 ildə 300-ə yaxın əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələri yer tutur. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə qastrol səfərlərində olub və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak edib.

133-cu mövsümünü başa vuran bu qədim sənət ocağı yeni mövsümdə teatrsevərlərin qarşısına uğurlu tamaşalarla, beynəlxalq festivallardakı çıxışları və digər layihələrlə çıxmağı qarşısına məqsəd qoyub.

18 iyulda Kamal Abdullanın "Casus" pyesi əsasında teatrın baş rejissoru Anar Babalının hazırladığı eyniadlı tamaşa ilə, 19-u isə mövsümün son tamaşası olan Çingiz Aytmatovun "Cəmilə" əsərinin eyniadlı tamaşası ilə (səhnələşdirən və rejissor İmran Ali Qurban) 133 yaşlı Lənkəran Dövlət Dram Teatrı öz tamaşaçılarına hələlik dedilər.

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrında yeni tamaşasının oxunuş məşqlərinə başlanıldı

Gənc Tamaşaçılar Teatrında yeni tamaşasının oxunuş məşqlərinə başlanıldı

14:15 4 fevral 2026
Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olundu

Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olundu

10:18 3 fevral 2026
“CHARACTERS” dramaturgiya festivalına pyeslərin qəbulu müddəti uzadıldı

“CHARACTERS” dramaturgiya festivalına pyeslərin qəbulu müddəti uzadıldı

15:15 2 fevral 2026
Musiqili Teatrın fevral repertuarı

Musiqili Teatrın fevral repertuarı

10:40 30 yanvar 2026
Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

16:25 26 yanvar 2026
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirildi

Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirildi

16:20 26 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər