Kukla Teatrında Yeni il tamaşası

Kukla Teatrında Yeni il tamaşası
16 dekabr 2024
# 09:37

Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Şaxta baba haradadır?” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə işi hər gün 4 seans olmaqla (12, 14, 16 və 18:00) 5 yanvar 2025-ci il tarixinədək nümayiş olunacaq.

Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov və Səbinə Məmmədova canlandıracaqlar.

Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.

Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də, burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.

Birsaatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər.

Macəra dolu tamaşada hadisələr komik və həyəcan dolu anların uğurlu səhnə həlli ilə davam edəcək. Şər qüvvə hesab olunan personajlar nə qədər mane olmağa çalışsalar da, sonda sevilən qəhrəmanlar onların planlarını pozub, Şaxta babanı şənliyə çatdıracaqlar.

# 3503 dəfə oxunub

Oxşar xəbərlər

YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

17:30 2 sentyabr 2026
Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

13:00 2 sentyabr 2026
Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər