“Kod adı V.X.A” tamaşası yenidən təqdim olunacaq

“Kod adı V.X.A”  tamaşası yenidən təqdim olunacaq
13 yanvar 2025
# 13:46

Yanvarın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi yenidən “Kod adı V.X.A” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, tarixi-sənədli faktlara istinadla qurulan səhnə əsərində teatrın 70 nəfərlik böyük heyəti rol alır.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

“Kod adı V.X.A” Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunub. İkihissəli tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı isə Vadim Kuskovdur.

# 3653 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər