IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı

IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı
6 dekabr 2024
# 13:57

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Kulis.az xəbər verir ki, dekabrın 1-də başlayan və beş gün davam edən festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarından gələn teatr kollektivləri də iştirak ediblər.

Festivalın sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Emil Salmanov, Samir Abbasov, Akif Səfərov, Həsən Cəfərov və Elmir Məmmədov ifa ediblər.

Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, teatr kollektivlərinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektorunun rəhbəri Böyükxanım Talıbova festivalın Şəkinin, eləcə də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, 145 illiyini qeyd edən Şəki teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb. Nazirliyin rəsmisi festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.

Şəki Dövlət Dram Teatrı və Şəki Şəhər İcra Hakimiyyəti adından Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

# 2085 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər