Gəncə Teatrı yeni mövsümü “Toros canavarı” ilə açacaq

Gəncə Teatrı yeni mövsümü “Toros canavarı”  ilə açacaq
30 avqust 2024
# 14:30

Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümə sentyabrın 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə start verəcək.

Kulis.az xəbər verir ki, hazırda teatrda Rey Kuninin “Nömrə 13” komediyasının qurama məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, Aslan Şirin (Akademik Milli Dram Teatrından dəvətli), eləcə də aktyorlar Ruslan Hüseynov, Murad Meyfaliyev, Şəlalə Rüstəmova, Samir Abbasov, Zeynəb Hüseynova və Elmir Məmmədov ifa edirlər.

Türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında eyniadlı tamaşasının da məşqləri gedir. Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur. Musiqili tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova oynayacaqlar.

Cari ilin sonuna qədər teatrda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının (rejissor Əməkdar incəsənət xadimi Mirbala Səlimli) və Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” (rejissor Elşad Əhmədov) dramatik tamaşalarının da təqdimatı nəzərdə tutulub.

# 1176 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

17:30 29 aprel 2025
“Toros canavarı” Trabzonda nümayiş olunacaq

“Toros canavarı” Trabzonda nümayiş olunacaq

13:35 22 aprel 2025
Xərçəng xəstəsi olan 9 yaşlı uşağın Tanrıya məktubu

Xərçəng xəstəsi olan 9 yaşlı uşağın Tanrıya məktubu

11:52 22 aprel 2025
Kuklaçılar Aygün Attarla görüşdü

Kuklaçılar Aygün Attarla görüşdü

18:50 21 aprel 2025
“O olmasın, bu olsun” – Yeni quruluşda

“O olmasın, bu olsun” – Yeni quruluşda

12:50 21 aprel 2025
"Düyməcik"  tamaşasının premyerası keçirildi

"Düyməcik" tamaşasının premyerası keçirildi

11:11 21 aprel 2025
# # #