Gənc Tamaşaçılar Teatrında yeni mövsümünün başlanması münasibətilə görüş keçirildi

Gənc Tamaşaçılar Teatrında  yeni mövsümünün başlanması münasibətilə görüş keçirildi
3 sentyabr 2025
# 11:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə teatrın direktoru Naidə İsmayılzadə kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Direktor növbəti ildə hazırlanacaq yeni səhnə əsərlərindən, kollektiv iş prosesinin vacibliyindən söhbət açıb.

“Ötən mövsümdə sənət ocağı yeddi yeni tamaşa təqdim edib. Həmçinin teatrın bölgə və festivallara uğurlu qastrol səfərləri reallaşıb. Növbəti aylarda teatrımızda Mirzə Fətəli Axundzadənənin “Hacı Qara” pyesi əsasında eyniadlı səhnə əsərinin, eləcə də uşaqlar üçün nəzərdə tutulan “Küllücə” nağılı əsasında eyniadlı tamaşanın məşqlərinin başlanılması nəzərdə tutulur”, - deyə direktor əlavə edib.

Daha sonra teatrın rəhbərliyi və kollektivi əlbisə sexinin işçisi Tamilla Əliyevanı 65 illik yubileyi münasibətilə təbrik ediblər.

Toplantıda teatrın tərəfdaşları Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, “ZƏFƏR Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin, ''Böyük Qayıdış Gənclər Təşkilatı'' İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Teatrın yaradıcı heyəti səmərəli fəaliyyətlərinə görə tərəfdaşlar tərəfindən təsis edilmiş diplom və mükafatlarla təltif olunublar.

Eləcə də 2025-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı tərəfindən təsis olunmuş “Alqış” mükafatı teatrın ötən mövsümdə ən yaddaqalan və uğurlu tamaşası “Şah Abbas Namə”nin yaradıcı heyətinin bir hissəsinə təqdim olunub.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 19-da saat “Solğun çiçəklər” tamaşası ilə açacaq.

# 149 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantinodan ilk teatr tamaşası

Kventin Tarantinodan ilk teatr tamaşası

10:30 21 avqust 2025
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

10:30 4 avqust 2025
“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

18:37 14 iyul 2025
Aydın Talıbzadə:  "O, sovet hökumətinin köləsidir..."

Aydın Talıbzadə: "O, sovet hökumətinin köləsidir..."

09:00 8 iyul 2025
Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır

Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır

14:00 2 iyul 2025
 “M.S.S”  tamaşasının premyerası keçirildi

“M.S.S” tamaşasının premyerası keçirildi

17:10 1 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər