Gənc Tamaşaçılar Teatrında “Cəza”

Gənc Tamaşaçılar Teatrında “Cəza”
26 oktyabr 2021
# 12:10

Oktyabrın 29-da Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası teatrsevərlərə təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən xəbərə görə, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

# 6624 dəfə oxunub

Oxşar xəbərlər

Bizi “xaç suyu”na kim saldı?.. - Həmidə Nizamiqızı

Bizi “xaç suyu”na kim saldı?.. - Həmidə Nizamiqızı

18:23 19 noyabr 2026
Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

19:37 14 noyabr 2026
Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

15:18 14 noyabr 2026
“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

13:24 13 noyabr 2026
“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

12:18 13 noyabr 2026
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər