Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır
22 dekabr 2023
# 16:19

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" adlı nağılı əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri başa çatıb.

Tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu isə Tuncay Hüseynova aiddir.

Premyerası 2024-cü il yanvar ayının 13-də və 14-də nəzərdə tutulan səhnə əsərində aktyorlar Günel Məmmədova, Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, İlhan Sadıqov iştirak edirlər.

Uşaqların sevimli nağıllarından biri olan "Tıq-tıq xanım" əsasında hazırlanan səhnə əsərində Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır.

Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi onunla Siçanın dosluğuna zərər vurur.

Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.

# 3477 dəfə oxunub

Oxşar xəbərlər

Opera Teatrının orkestri Omanda çıxış edəcək

Opera Teatrının orkestri Omanda çıxış edəcək

10:25 9 oktyabr 2025
Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?

Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?

10:00 4 oktyabr 2025
“Hacı Qara” tamaşasının oxunuş məşqlərinə başlanılıb

“Hacı Qara” tamaşasının oxunuş məşqlərinə başlanılıb

09:45 3 oktyabr 2025
Gənc Tamaşaçılar Teatrı beynəlxaq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxaq festivalda iştirak edəcək

17:30 1 oktyabr 2025
"Baş" tamaşasının premyerası olub

"Baş" tamaşasının premyerası olub

10:30 29 sentyabr 2025
“İnanıram”  monotamaşası nümayiş olundu

“İnanıram” monotamaşası nümayiş olundu

15:02 27 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər