"CırtdaNino" adlı yeni tamaşanın premyerası keçirilib

"CırtdaNino" adlı yeni tamaşanın premyerası keçirilib
16 dekabr 2024
# 10:24

Dekabrın 14 və 15-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə "Cırtdan" Azərbaycan Xalq nağılının motivləri əsasında yazıçı Pərvin Nurəliyevanın "CırtdaNino" adlı pyesinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, bəstəkar Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Bir hissəli səhnə əsərində Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Elnur Bəhrəmxan, aktyorlar Anar Seyfullayev, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Mirzə ağa Mirzəyev, Aydan Həsənzadə, Ramil Məmmədov, İlhan Sadıqov, Anar Səfiyev, Aybəniz Heydərova, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, İmdad Tofiqoğlu iştirak edirlər.

Nağılda balaca tamaşaçılarımız Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olurlar. Nino Cırtdanı və onun dostlarını Yer planetdən başqa planetlərə səyahətə apararaq alimlərin, oyuncarlar və sülhün var olduğu fərqli dünyalarla tanış edirlər. Vaxtilə Cırtdanın və dostlarının etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxır. Məcəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa dostluğa və əmin-amanlığa səsləyən mesajlarla zəngindir.

# 2668 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

13:40 20 aprel 2026
Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

12:00 17 aprel 2026
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

10:40 17 aprel 2026
“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

16:14 16 aprel 2026
ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam”  tamaşası nümayiş edildi

ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam” tamaşası nümayiş edildi

11:58 16 aprel 2026
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

17:00 14 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər