Sultan Sadıqovun oğlu: "Nuru Paşa qızıl verib atamı almaq istədi" - Müsahibə

 Sultan Sadıqovun oğlu:  "Nuru Paşa qızıl verib atamı almaq istədi" - Müsahibə
2 noyabr 2023
# 09:30

Kulis.az İkinci Dünya müharibəsi veteranı Sultan Sadıqovun oğlu Qurban Sadıqovla Ömər Xəyyamın söhbətini təqdim edir.

- Atanız filoloq olub. Bəlkə də, ən böyük müharibə budur: filoloq dönüb olur tankçı.

- Bəli, amma bir az da tale məsələsidir, qaçmaq olmur. Atamı filologiyadan tanka elə savadı aparıb. Birinci Finlandiyada döyüşüb. Hamıdan fərqlənib. Görüblər ki, savadlıdır, üstəlik də rus dilini ana dili kimi bilir, Finlandiya qələbəsindən sonra onu Gürcüstandakı tank məktəbinə göndəriblər. Altı aydan sonra da leytenant vəzifəsi alıb və Polşa döyüşlərində tağım komandiri kimi xidmət göstərib.

- Doğum tarixi dəqiq bəllidirmi?

- Heyif, atamın doğulduğu günün dəqiq tarixi bəlli deyil. İl 1917-dir. 1917-ci ildə Qərbi Azərbaycanda doğulub. Dərəçiçək mahalında.

- Bəs, doğum gününü qeyd etmirdiniz?

- Edirdik. Qohum-əqraba, dost-tanış hamıya uyğun bir gün təyin edib ad gününü keçirirdik. Ən böyük arzum idi ki, 100 illiyini qeyd edərik. Heyif, 2012-də 95 yaşında rəhmətə getdi.

- O qədər uşağın içindən Nuru Paşa kimi bir nəhəng məhz onu seçibsə, deməli, hələ uşaq ikən gələcəyini görüb atanızın.

- Nuru Paşa Azərbaycana gələndə atam 4-5 yaşlarında olub. Onda İrəvan mahalında yaşayırmış atamgil. Babam öləndən sonra atamı əmisi saxlayıb. Atam çox yaraşıqlı kişiydi. Uşaqlıqda lap göyçək olub. Nuru Paşa atamın əmisinə deyib ki, bu uşağı qoy qapana çək, neçə kiloqramdırsa, bir o qədər sənə qızıl verirəm, amma uşağı özümlə aparacam. Atamın əmisi razı olmayıb.

- Bəlkə də, Nuru Paşa onu aparsaydı, hər şey başqa cür olardı...

- Hə, amma dediyim kimi, taledən qaçmaq olmur. Əmisi deyib ki, bu uşaq mənə qardaşımdan əmanətdir, mən onun yadigarını pula sata bilmərəm.

- Atanıza heç bir fəxri ad verilməyib, düzdür?

- Atam xidməti müddətində həmişə qızğın döyüş nöqtələrində olub. Həmişə qabaqda gedib. Nümunə olub əsgərlərinə. İnanın ki, bəlkə də, bir xristian onun göstərdiyi qəhrəmanlıqları göstərsəydi, Sovet İttifaqı Qəhrəmanı adı verərdilər ona.

- Neçənci ildə qayıdıb vətənə?

- 1943-də Polşa ərazisində yaralanıb. Onun tankını partladıblar, əsgərləri ölüb, özündə güc toplayıb yarıyacan tankın içindən çıxıb. Sonra kömək gəlib və atamı hospitala aparıblar. Neçə ay huşsuz yatıb, koma vəziyyətində. Öz əcəlini görüb yuxuda, sonra ayılıb.

- Yaxşı ki, əcəli nasist olmayıb.

- Biri deyəsən, nasist olub. Danışırdı ki, ağ paltarda iki nəfər gəldi. Hərəsi bir tərəfimdə dayandı. Solda dayanan ağpaltarlı o birinə deyib ki, nə deyirsən, aparaq bunu? Sağdakı deyib, yox, hələ qalsın, yaşasın.

- Yəqin, bu, gördüyü ən sonuncu “nasist” olub.

- Hə, ondan sonra qayıdıb gəlib. Bütün bədəni qəlpə-qəlpəydi. Ömrünün axırına kimi o qəlpələrlə yaşadı. Mən Rusiyada oxuyurdum. Tez-tez gəlirdi yanıma. Ya Moskvaya gələndə, ya da başqa ölkələrə gedəndə həmişə nəzarət buraxılış məntəqələrində problem yaşanırdı, onu saxlayırdılar.

- Silahla gəzirdi?

- Silaha görə yox, qəlpələrə görə. Atam keçəndə aparat səs eləyirdi. Nəzarətçilər də şübhələnirdilər. Sonra başqa otağa aparıb yoxlayırdılar. Bütün paltarlarını soyunandan sonra da aparat səsin kəsmirdi. Sonra məlum olurdu ki, bu reaksiyanın səbəbi bədənindəki qəlpələrdir. Eləcə bir maqnit aparatı götürüb bədənində gəzdirsəydin, təxmin edərdin ki, qəlpələr hardadır.

# 5216 dəfə oxunub

Oxşar xəbərlər

Tablolarında erməni vandalizmini çəkən rəssam - Azərbaycan rəngkarlığında hansı janrlar onun adı ilə bağlıdır?

Tablolarında erməni vandalizmini çəkən rəssam - Azərbaycan rəngkarlığında hansı janrlar onun adı ilə bağlıdır?

10:00 22 yanvar 2026
Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

12:20 19 yanvar 2026
İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər