Pərəstişkarı tərəfindən asılan, dərisi soyulan, vəhşicəsinə güllələnən – Edam olunan yazarlar

Edam olunan yazarlar

Edam olunan yazarlar

3 noyabr 2021
# 17:10

Kulis.az edam olunan yazarların siyahısını və onlar haqda məlumatları təqdim edir.

Federiko Qarsiya Lorka – XX əsrdə yaşamış məşhur ispan şairi. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.

Garcia Lorka (@GarciaLorka) | Twitter

İsaak Babel – XX əsr rus yazıçısı. Antisovet təbliğatçısı kimi həbs olunub, daha sonra öldürülmüşdü.

Isaac Babel - Wikipedia

Tomas Mor – İngilis yazar. “Ütopya” əsəri ilə məşhurdur. VIII Kral Henrinin kilsənin başına keçmək istəyinə qarşı çıxdığına görə xain elan olunaraq edam edildi. Ölümündən 400 il sonra Papa tərəfindən müqəddəs adlandırıldı.

Tomás Moro | Quién fue, biografía, cononización, aportaciones, utopía,  frases

Nef-i – XVII əsr IV Murad dövründə yazıb-yaradan bu şair divan ədəbiyyatının ən böyük həcv şairlərindən hesab olunur. Padşah onun tikanlı şeirlərinə qadağa qoysa da, buna məhəl qoymadan yazmağa davam etmişdi. Və elə bu səbəbdə də edam olunmuşdu.

Kendi sonunu hazırlayan şair: Nefi - Bilgi Kartları

Olimpiya de Quj – XVIII əsr fransız yazıçısı. Daha çox pyesləri ilə məşhurlaşmışdı. Sonradan siyasi yazılar yazmağa başladı. Xüsusi ilə Fransa inqilabında aktiv yazılarla çıxış etmişdi. Edam qərarının ləğvi, azadlıq, məhkəmə sisteminin ədalətliliyi, yoxsulluq və s. mövzularda mübarizə aparırdı. Lakin Olimp ən çox qadınların hüququnun qorunması üçün yazılar yazmışdı. O, düşünürdü ki, ədalətsizliyin və bərabərsizliyin mənbəyi kişilərin qadınlar üzərindəki hökmranlığından qaynaqlanır. Bu fikirləri səbəbi ilə 1793-cü ildə edam olundu.

Olympe de Gouges - Wikipedia

Pir Sultan Abdal – XVI əsrdə yaşamış ələvi şairi, ozan. Türkiyənin Sivas bölgəsində yaşayan və ozana heyranlığıyla tanınan, sonradan Sivasın valisi təyin olunan Hızır Paşa tərəfindən edam edilib. "Çeke sancağı götüre, Şah İstanbul’a otura" – bu misrasıyla Səfəvi dövlətinin tərəfini tutduğu üçün edam olunduğu söylənilir.

Pir Sultan Abdal - Alchetron, The Free Social Encyclopedia

Fiqani – Qanuni Sultan Süleyman dövründə yaşamış şair. Sədrəzəm Parqalı İbrahimə yazdığı həcvə ("Cihan tapınağına iki İbrahim geldi, biri put kırıcı, digəri ise büt tikən oldu”) görə edam olunmuşdu.

admin.biyografya.com/_docs/photos/eb94d745281d2...

İmadəddin Nəsimi - Hürufilər Əmir Teymur tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub, dərisi soyulub.

Cahana sığmayan Azərbaycan şairi

Əhməd Cavad – Bir neçə ehtimala görə, şair sürgündə həyatını itirib. Əslində isə Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.

Əhməd Cavad — Vikipediya

Mikayıl Müşfiq – Stalin repressiyalarının qurbanlarından olub. 1938-ci ildə Nargin adasında güllələnib.

Mikayıl Müşfiq - Uşaq Bilik Portalı

Bəkir Çobanzadə - ədəbiyyatşünas, şair, türkoloq, dilşünas. 1937-ci ilin yanvar ayının 28-də Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.

Görkəmli ədəbiyyatşünas alim Bəkir Çobanzadənin xatirəsi anılacaq - AZƏRTAC  – Azərbaycan Dövlət İnformasiya Agentliyi

# 12150 dəfə oxunub

Oxşar xəbərlər

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər