Əmisini duelə çağıran, rəqs üstündə podpolkovnikə silah çəkən dahi – Puşkinin duel macəraları - Fotolar

Aleksandr Sergeyeviç Puşkin, rus şair

Aleksandr Sergeyeviç Puşkin, rus şair

22 oktyabr 2021
# 12:30

Aleksandr Sergeyeviç Puşkin xaraktercə çox çılğın və emosional insan olub. Təsadüfi deyil ki, onun həyatı bir çox hadisələrlə zəngindir. Məhəbbət və mübarizə bu hadisələrin əsas mərkəzi olub. Tarixçilərin bildirdiyinə görə, Puşkin həyatında ən çox duelə dəvət olunan və dəvət edən ədəbiyyat adamıdır.

Onun həyatında təxminən 27 duel faktı qeyd olunub.

Puşkinin ilk dəfə duelə dəvət etdiyi insan isə doğmaca əmisi Pavel Hannibal olub. Pavel Porxova quberniyasında podpolkovnik idi. Onun 79 təhkimlisi, lombardda qızıl və zinət əşyaları vardı. Liseyi bitirəndən sonra Puşkin əmisinin yanına istirahətə gəlir. Onunla əmisi arasındakı münasibətlər çox dostyana olur. Puşkin gecəni əmisinin evində qalır, səhəri gün isə əmisi əlində şampan butulkası ilə onun yatdığı otağın qapısı ağzında hündürdən mahnı oxuyub onu yuxudan oyadır.

Puşkin əmisi Paveli çox istəsə də növbəti günlərin birində onu duelə çağırır. Əhvalat isə balda baş verir. 17 yaşlı Puşkin əmisi ilə çirkin və taxma dişləri olan bir qızın üstündə mübahisə edirlər. Puşkin əmisi duelə dəvət etsə də, şənliyin sonuna yaxın sülh yaranır və onlar yenidən əylənməyə davam edirlər.

Puşkinin növbəti duel qalmaqalı 1819-cu ildə baş verir. O, litsey dostu Vilhelm Kuçelbeçkeri duelə çağırır. Şair bu yöndəmsiz gənci sevirdi. Lakin tez-tez onu lağa qoyur, hətta bir dəfə belə bir şeir də yazır. Kuçelbeçkeri hirslənir və Puşkinin masasına əlcək ataraq onu duelə çağırır. Puşkin bu təklii qəbul edir. İlk olaraq Vilhelm atəş açır, lakin onun gülləsi yan keçir. Puşkinə növbə çatanda o gülləni kənara ataraq dostunu qucaqlamaq istəyir və dostunu inandırmağa çalışır ki, onun silahının lüləsi şaxtadan donub. Beləliklə, duel təxirə salınır və onlar barışırlar.

Puşkin 1820-ci ildə Kişinyovda idi. Dostu Liprandi və iki polkovnik - Orlov və Alekseyev bilyard otağına getdilər və orada dairəvi odada içki içməyə başladılar. Baş verənlər Liprandinin xatirələrində təsvir edilib.

Puşkin zadəgan təbəqəsinin gənc nümayəndələrindən biri kimi içki içirdi. Şairi ehtiyatsızlığa sövq edən isə çox vaxt alkoqol olurdu. 1820-ci ildə bilyardaxanalarn birində Puşkin iki polkovniki duelə çağırır. Baş vermiş bu əhvalatı şairin dostu Liprandi memuarında təsvir etmişdi.

Oyun zamanı Puşkin əylənirdi, o, bilyardın kənarlarına yaxınlaşır və oyuna müdaxilə edir. Bu aman Orlov onu məktəbli adlandırır, Alekseyev isə əlavə edir ki, məktəblilər öyrədilir... Oyunun sonu Puşkinin onların hər ikisini duelə çağırmaqla, dostu Liprandı isə özünün sekundantı təyin etməklə başa çatır.

Dostu yazır: “O gecə Puşkinə evimdə gecələməsini təklif etdim. Qəbul etdi. Çalışırdım ki, onu fikrindən döndərim, dueldən vaz keçirim. Onun isə ərəb qanı cuşa gəlmişdi. “Heç vaxt” deyib qışqıraraq əlavə etdi ki, onlara məktəbli olmadığımı sübut edəcəm.”

Lakin sonradan Lipland dostunu inandırır ki, əgər Alekseyev və Orlov münaqişəni sülh yolu ilə həll etməyə gəlsələr, o, məsələni Puşkinə ziyan dəymədən həll edəcək. Nəticə Liplandın dediyi kimi olur, duel baş tutmur.

1922-ci ildə şair podpolkovnik Starova qarşı səxavətli davranır. Onların qarşıdurmasının səbəbi isə absurddur. Aleksandr Sergeyeviç bir xanımı rəqs etməyə dəvət edir. O, əlləri ilə musiqiçilərə işarə edib “Ordan bir Mazurka!” - deyə qışqırır. Lakin, bir məmur novbəti mahnının “Vals” olduğunu işarə edərək, Puşkini ədəbli olmağa dəvət edir. Puşkin isə ona cavab verir: Siz “Vals” istəyirsiniz, mən “Mazurka”. Görək kim qalib gəlir”. Və “Mazurka” çalınır, salondakı xanımlar rəqs edir. Məmur etiraza cəsarət etməsə də, podpolkovnik Starov gənclərin ləyaqət qaydalarını pozduğuna inanaraq Puşkini duelə çağırır. Ertəsi səhər Starov səkkiz addım atandan sonra tətiyi çəkir, lakin güllə yan keçir. Bundan sonra Puşkin Starova yaxınlaşaraq gülləni onun alnına dayayıb soruşur: “Razısan?” Starov “Hə” cavabını verir, lakin Puşkin kənara atəş açır.

XIX əsrin birinci yarısının duel tapançaları.

Puşkinin iştirakıyla baş tutan duellərdə hər iki tərəfin birdən atəş açması nadir hadisədir. Belə təkbətək döyüşlərdən biri – moldavan Todor Balşemlə dueldir. Şair günlərin birində Balşemin evinə qonaq gedir. Puşkinin ev sahibinin qızına həddindən artıq nəzakət göstərməsi ev yiyəsinin xanımını əsəbiləşdirir, qadın şairi söyür və istehza ilə Puşkinin duellərindən danışıb onu sancır. Buna dözmək isə mümkün deyildi. Puşkin qadınla mübahisəni davam etdirmək istəmədiyi üçün onun ərini duelə çağırır. Duel vaxtı hər iki tərəf birdən atəş açsalar da, onların ikisinin də gülləsi yan keçir.

Puşkinin son dueli kübar cəmiyyətin mühüm üzvlərindən birinə çevrilən Jorj Danteslə olur. Və bu dueldən sonra Puşkin həyatla vidalaşır. Aleksandr Puşkin və Natalya Qonçarova ilə tanış olur. Natalya Qonçarova ilə münasibət qurmağa çalışan Dantesin Puşkini təhdid etməsi barədə bəzi ehtimallar vardır. Puşkin və Natalya Qonçarova ilə daha yaxın olmaq naminə Dantes 1837-ci ilin 10 yanvar tarixində Natalya Qonçarovanın bacısı Yekaterina Qonçarova ilə evlənir. Kübar cəmiyyətdə Dantesin Nataliyaya daha yaxın olmaq və onu əldə edə bilmək üçün belə bir evliliyə razı olması barədə şayiələr yayılmağa başladı. Natalya Qonçarovaya ünvanlanan anonim sevgi məktubları vəziyyəti daha da gərginləşdirdi və ehtimalların doğru olduğunu sübut etməyə başladı.

Aleksandr Puşkin vəziyyətdən çıxış yolu kimi Jorj Dantesin atasına təhqir məzmunlu məktub yazır. Belə bir məktubun yazılması Jorj Dantesin ailə şərəfinə toxunmaq anlamına gəlirdi və o, Puşkini duelə çağırır.

Tərəflərin razılığı ilə 1837-ci il 27 yanvar tarixində Sankt-Peterburq şəhəri yaxınlığında duel təşkil edilir. Aleksandr Puşkinin şahidi kimi yaxın dostu Danzas iştirak edir. Bəzi ehtimallara görə Puşkin dueldə istifadə ediləcək silahını almaq üçün gümüş sikkələrini satmaq məcburiyyətində qalmışdır. Tərəflərin atəş açması nəticəsində Dantes çiynindən, Puşkin isə bud sümüyündən ağır yara alır. Güllə Puşkinin bud sümüyünə dəyərək qarın boşluğuna daxil olur.

Dantes dueldən sağ olaraq xilas olmağı bacarsa da, Aleksandr Puşkin iki gün sonra aldığı güllə yarası nəticəsində yaranmış peritonit xəstəliyindən vəfat edir.

Həmin dövrdə Rusiya imperiyasının sərhədləri daxilində duel təşkil etmək qanunla qadağan idi. Puşkinin ölümündən sonra xalqda ciddi narazılıq yaranır və məhkəmə təşkil olunur. Məhkəməyə gətirilən Jorj Dantes dindirilir, ancaq Aleksandr Puşkinin onun atasına təhqiramiz məktub yazması və provokasiyaya çəkməsi səbəbindən Dantes sərbəst buraxılır. Onun rütbəsi və bütün imtiyazları əlindən alınır və imperiyanın sərhədlərini tərk etməsi barədə qərar çıxarılır.

# 5858 dəfə oxunub

Oxşar xəbərlər

# # #