“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri
16 sentyabr 2024
# 17:00

Bu gün Aqşin Evrənin doğum günüdür.

Kulis.az bu münasibətlə onun yeni şeirlərini təqdim edir.

İKİNƏFƏRLİK UNUTMAQ

Boyumun, əllərimin, qollarımın uzunluğunu ölçüb topladım:
3 metr yarım oldu boyum.
Bax, nə boyda unutmusan məni:
Yadından çıxmışam iki insan qədər.

SEVGİNİN ÖLÇÜ CİHAZI

Bu soyuq havalarda evdə olan hər kəsin
hansısa küçələrdə üşüyən tərəfi var.
Bu tutqun axşamçağıda hamının ürəyinin
hələ oxunulmamış gizli sevgi rəfi var.

Sevməyin ölçü cihazı bu sadə cümlədəydi:
“Əlini tutsa sevgidir, nəbzini tutsa taleyin”.
Nə etməli... belə oldu... İndi ki üşüyürsən,
Götür eşqdən ürəyində qalan o odu geyin.


Yeni çəhrayı palto al, təzə soyadı geyin.
Darıxmağa tutul getsin – vəhşi cəlladı geyin.


Külək əssin...
Onun əlin süzən meh gəlib saçında gəzsin.
Həsrət asta girsin evə, barmaq ucunda gəzsin
Oyatmasın beşiyində uyuyan xatirəni.


Soruşursan, necə idi sevgi olan illərin?
- “Rənglər vardı”... gözəl idi rənglərin olduğu vaxt.
Ayrılığın qoşunları hücuma keçən gündən
Xatirələrin işğalı altında qalıb paytaxt.


Şaxta düşdü, isitmədi səni çəhrayı palto,
Heç utanma, ürəyində qalan o odu geyin.
Sevməyin ölçü cihazı əslində beləcəydi:
“Əlini tutsa sevgidir... buraxmasa taleyin”.


FONENDOSKOP

Qədəhdə sərxoşluğun su halı,
Divarda labüd sonu göstərən sarımtıl xəritə,
Saat əqrəbləri rəqəmləri sərçə kimi dənləyir.
İndi bu qoca bəstəkar telefonu, qulaqlığı kənara atıb,
fonendoskopu qulağına taxıb
sevdiyi insanın ürək döyüntülərini dinləyir.

PARALELLƏR

Qarı nar budağı ilə yun çırpır həyətdə,
Diksinir nar ağacına bağlanmış qoyun.

ANTİK İSTEHZA

Tarix də yalan danışır,
Muzeylərdə gizlədir qədim, qanlı keçmişi.
Yer kürəsi gülür bizə – torpaq altdan ağarır mamont dişi.

# 5252 dəfə oxunub

Oxşar xəbərlər

Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

18:05 5 iyun 2026
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

14:45 5 iyun 2026
Bu yağışda canavarlar da... - Günün şeiri

Bu yağışda canavarlar da... - Günün şeiri

12:20 5 iyun 2026
İkram ilә sәcdә qılar altmış üç adam nәdәn? - Aşıq Alı

İkram ilә sәcdә qılar altmış üç adam nәdәn? - Aşıq Alı

10:45 5 iyun 2026
Hər səhər ovcumdan doğdu Günəş də - Tural Turanın yeni şeirləri

Hər səhər ovcumdan doğdu Günəş də - Tural Turanın yeni şeirləri

12:40 4 iyun 2026
"Sahib olduğum hər bir şeyə günəş işıq salır..." - Allen Qinzberq

"Sahib olduğum hər bir şeyə günəş işıq salır..." - Allen Qinzberq

12:30 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər