Azərbaycan Dil Qurumunun rəsmi internet saytı təqdim olunub

Azərbaycan Dil Qurumunun rəsmi internet saytı təqdim olunub
24 iyul 2013
# 17:02

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azərbaycan Dil Qurumunun rəsmi internet saytı təqdim olunub.


APA-nın məlumatına görə, “Adq.az” domenli saytın təqdimat mərasimində nəşriyyat redaktorları, jurnalistlər, yazarlar iştirak ediblər. Saytın rəhbəri Anar Niftəliyev bildirib ki, yeni istifadəyə verilən internet ünvan daha çox jurnalistlər, nəşriyyat əməkdaşları, tələbələr üçün nəzərdə tutulub.

Anar Niftəliyevin sözlərinə görə, sayt yarananda Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna “Orfoqrafiya lüğəti” və “Azərbaycan dilinin izahlı lüğəti”nin elektron bazasının verilməsini xahiş etsələr də, institut vəsaitləri verməkdən imtina edib: “Onlar dedilər ki, nə izahlı lüğətin, nə də orfoqrafiya lüğətinin elektron variantı bizdə yoxdur. Yaxud Terminologiya Komissiyasına olan müraciətlərimiz cavabsız qaldı“.

Qeyd olunub ki, saytı yaratmaqda əsas məqsəd tələbələrin, jurnalistlərin və digər təbəqədən olan insanların Azərbaycan dilindən rahat istifadəsini təmin etməkdir.

Azərbaycan Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı saytın istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib. S. Rüstəmxanlı bildirib ki, Azərbaycan dilinin mənzərəsini göstərmək baxımından bu tipli saytların fəaliyyəti çox vacibdir: “Hesab edirəm, sayt jurnalistikaya yeni gələnlər, tələbələr, yazarlar üçün çox önəmli vəzifəyə malik olacaq. Azərbaycan Dil Qurumunun bu saytı praktik əhəmiyyətə malikdir”.

Professorlar Qulu Məhərrəmli və Ramiz Əsgər, yazarlar Pərviz Cəbrayıl, Səlim Babullaoğlu, Şərif Ağayar saytın Azərbaycan dilinin öyrənilməsi üçün faydalı olacağını qeyd ediblər.

“adq.az” saytının yaradılmağında daha çox Türk Dil Qurumunun saytının keçdiyi təcrübədən istifadə olunub. Saytda video, audio bölmələr fəaliyyət göstərir. İstifadəçilər saytda “İzahlı lüğət”, “Orfoqrafiya lüğəti”, Terminologiya lüğətləri”ndən istifadə ilə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanını, Şah İsmayıl Xətainin “Divan”ını, Qazi Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” əsərini də oxuya biləcəklər.

# 2679 dəfə oxunub

Oxşar xəbərlər

"Səyahət ruhun bütün dərdlərinin dərmanıdır..." - Türkiyəli yazıçının "Bizə görə" kitabından sitatlar

"Səyahət ruhun bütün dərdlərinin dərmanıdır..." - Türkiyəli yazıçının "Bizə görə" kitabından sitatlar

12:00 4 iyun 2026
Gecə yoxlaması - Məşhur ispan yazıçının hekayəsi

Gecə yoxlaması - Məşhur ispan yazıçının hekayəsi

10:00 4 iyun 2026
Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

16:00 3 iyun 2026
"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər