İslamı qəbul edən xaçpərəstin faciəsi - Bəsti xala, uşaqbazlıq və narkomaniya

İslamı qəbul edən xaçpərəstin faciəsi - Bəsti xala, uşaqbazlıq və narkomaniya
29 avqust 2024
# 12:00


Bu gün dünya şöhrətli ifaçı Maykl Ceksonun doğum günüdür.
Kulis.az bu münasibətlə İlqar Rəsulun onun haqqında yazdığı "Dünyaya qara gəlib ağ gedən adam" adlı yazını təqdim edir.


Əslində, hamımız öləcəyik. Və

O vaxt düşündüm ki, bəlkə də, bu arvad düz tapıb. Maykl olsa-olsa bu günün cihazıdır. Əslində, o, gələcəyin adamına daha çox oxşayır. Bəlkə də, yüz əlli il yaşamağı qarşısına məqsəd qoymuşdu ki, öz dövrünə, öz zamanına yetişsin. Düzdü, mən gələcəyin adamını görməmişəm. Amma keçmişin adamından xəbərim var.

Maykl Ceksonun nə özü, nə də yaradıcılığı özündən əvvəlkiləri xatırlatmırdı...

Nə isə. Gələcəyin adamı, nəinki, öz dövrünə çatmadı, əlli yaşında qəfildən dünyasını dəyişib keçmişə çevrildi. Amma elə bir keçmişə ki, onun təkrarını yalnız gələcəkdən gözləmək olar...nə

hamımız da ölürük. Ölmək istəyənlər də, ölmək istəməyənlər də. Əlbəttə, ikincilərlə müqayisədə birincilər dənizdə damladır. Yəni öləri yaradılan bəşər övladının, demək olar ki, hamısı ölmək istəməyənlərdir.
Amma Maykl Cekson məhz hamıdan çox yaşamağı məqsəd qoymuşdu qarşısına.

Varlığını istedadı ilə bütün yer kürəsinin gözünə soxmağı bacaran bu adamın bir dərdi də o idi ki, nə eləyirdisə, hamı elə həmin gün xəbər tuturdu. Zavallı peşman idi hansısa uşağın "başını sığallasın". O dəqiqə uşaqbazlıqda ittiham olunurdu.
"Od olmayan yerdən tüstü çıxmaz", - deyirdilər. Amma ta bu qədər tüstüləmək də bir şey deyildi. Tüstü demişkən, uşaqbazlıq söz-söhbəti səngiməmiş bir də görürdün, Mayklın adı narkotik haqq-hesabında hallanır. Jurnalistlərdən başqa hamının qanı qaralırdı. Özü də əziyyət çəkirdi, fanatlarını da dilxor edirdi. Fanatlar da ki, maşallah, Mayklı hara sorğu-suala aparırdılarsa, tökülüşürdülər ora. Hamısı yox a, cüzi bir hissəsi. Çünki hamısı, nəinki, hansısa dövlət qurumunun qarşısına, heç bütöv bir ölkəyə də sığmazdı...

Hər dəfə onu seyr edəndə, məndə belə təsəvvür yaranırdı ki, Maykl bu dünyada ayrıca fanatları olmayan yeganə sənətkardır. Çünki ona hamı eyni həvəslə tamaşa edirdi. Yəni hər bir sənətkarın fanatları var - kiminin az, kiminin çox. Amma bu azlıq da, çoxluq da birlikdə həm də Maykl Ceksona pərəstiş edirdi.

Onu irqindən, dinindən asılı olmayaraq hamı sevirdi. Ağdərililər də, qaradərililər də. Xaçpərəstlər də, müsəlmanlar da. Xaçpərəst doğulub sonradan İslamı qəbul etmişdi. Qaradərili doğulub sonradan özünü ağdərili elətdirmişdi. Əlbəttə ki, bu rəng dəyişmək ağıllı iş deyildi (gənc yaşlarında dərisində yaranmış problemlə bağlı rəngini dəyişdirdiyini deyənlər də var).
Amma varlığa nə darlıq. Pulu var idi, elədi. Elədi və sonra anladı ki, Tanrı istedadı insana varlanıb yaradanın işinə qarışmaq üçün göndərmir.

Nə isə, nə əməlin sahibi idi, nəyi düz, nəyi səf edirdi özü bilərdi, necə ki, bildi, amma hər halda, insan gərək Tanrının onun ruhuna geyindirdiyi qabın qədrini bilsin ki, qab da onun ruhunu nə qədər mümkündür uzun müddət özündə saxlamağı bacarsın...

Maykl Ceksonun ruhu cismində cəmi əlli il dözə bildi. Yaşının yarısında "dünyanın pop-kralı" ola bilmişdi.

Dünyada Maykl yetərincədir. Amma bu ad çəkiləndə istər-istəməz adamın gözləri önündə onun surəti canlanır. Əslində, əsl xalq artisti Maykl Cekson idi. Özü də, dünyanın xalq artisti. Hətta pərəstişkarı olmayanlar belə onun kliplərindən gözlərini asanlıqla ayıra bilmirlər.

Qonşumuz Bəsti xala bir dəfə televizorda Maykl Ceksonu görüb soruşdu ki, o nədir elə? Dedim, adamdı da, mahnı oxuyur. İnanmadı, baxdı, baxdı, sonra deyəsən, onu aldatdığımı zənn edib, “Elə adam olmaz” dedi.

O vaxt düşündüm ki, bəlkə də, bu arvad düz tapıb. Maykl olsa-olsa bu günün cihazıdır. Əslində, o, gələcəyin adamına daha çox oxşayır. Bəlkə də, yüz əlli il yaşamağı qarşısına məqsəd qoymuşdu ki, öz dövrünə, öz zamanına yetişsin. Düzdü, mən gələcəyin adamını görməmişəm. Amma keçmişin adamından xəbərim var.

Maykl Ceksonun nə özü, nə də yaradıcılığı özündən əvvəlkiləri xatırlatmırdı...

Nə isə. Gələcəyin adamı, nəinki, öz dövrünə çatmadı, əlli yaşında qəfildən dünyasını dəyişib keçmişə çevrildi. Amma elə bir keçmişə ki, onun təkrarını yalnız gələcəkdən gözləmək olar...

P.S.

Maykl Cozef Cekson. ABŞ-ın bu məşhur pop müğənnisi 1958-ci il avqustun 29-da İndiana ştatının Qeri şəhərində dünyaya gəlib. Onun bütün hərəkətlərinin, hətta şəxsi həyatının mübahisəli məqamlarının da pop musiqi mədəniyyətinin bir hissəsinə çevrildiyini düşünənlər var.

Sağlığında dünyanın ən yaxşı estrada artisti kimi dəyərləndirilib. Hansısa mənada o, həqiqətən də, dünyanın ən parlaq ulduzu sayılırdı.

# 3785 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər