İnsan faciəsinin belə çılpaq ifadə edilməsi yaxşı deyil - Hekayə müzakirəsi

İnsan faciəsinin belə çılpaq ifadə edilməsi yaxşı deyil - Hekayə müzakirəsi
12 iyul 2023
# 14:10

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən yazarların Malik Atilayın “Yuxu” hekayəsi haqqında fikirlərini təqdim edir.

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Orxan Həsəni:

Ədəbiyyatın ən əsas funksiyalarından biri oxucuya təsir etməkdir. Lakin müəllif təsir burulğanını sənətkarlıqla, müxtəlif ədəbi oyunlarla, özünəməxsus formullarla yaratmalı, oxucunu bu burulğana beləcə salmalıdır. Malik Atilayın hekayəsində isə biz əhvalatçılıqla, müxtəlif dramatik, tez-tez işlənən situasiyalarla qarşılaşırıq. Uğursuz sevgi, dəlixana, hətta iki ölüm. Bu, serial estetikasıdır. Hekayədə hadisələrin həddən artıq dramatik, iztirablarla dolu olması onun təsirli və gözəl hekayə olması mənasına gəlməməlidir. Bu təsir varsa belə, anlıqdır, keçicidir, o sənin canında yaşamır, fikirlərinin arasında sıxlaşa-sıxlaşa özünə yer tapmır, gözlənilməz bir anda dodağında təbəssüm çiçəyi olub görünmür. Düşünürəm ki, bu yanaşma ədəbiyyat cığırında yeni-yeni addımlayan müəlliflər üçün tələdir. Həqiqi ədəbiyyatı burada, bu yanaşmada görmək dağıdıcı təsir göstərə bilər.

Müəllifə uğurlar arzulayıram.

Dəliliyin susmuş halı – Əsəd Qaraqaplanın yeni şeirləri

Əsəd Qaraqaplan:

Bərbad dili var. Elə bil yazılandan sonra nəinki oxumaq, heç göz ucu da baxılmayıb. Belə olanda fikir anlaşılan olmur, müəllifin nə demək istədiyi tam bilinmir, ya da mətnin başqa tərəfləri açılmır. Belə mətnlərə ən azı 5-6 nəfər kənar adam baxsa, daha yaxşı olmazmı? Yonub sadə və oxunaqlı bir mətn eləmək olardı. Bu, öz yerində.

Belə psixoloji məqamları ya daha detallı, daha incə və uzun yazmalısan, ya da bircə detal üzərində qısa və konkret. Məncə, hekayə bu iki məsələnin ortasındadır. Dil məsələsini də üstünə gəlsək, daha xoşagəlməz bir mənzərə yaranır. Sonlara doğru nisbətən açılır mətn, onda da sanki tez bitir, ya da mənə elə gəldi, bilmirəm.

Mövzu da çətin mövzudur. Yəqin bir az da hazırlıq tələb edir. Daha çox da yaşanılmışlıq. Hər halda, dostumuza uğurlar. Ümid edirəm ki, nə vaxtsa bu hekayəni kitaba belə salmayacaq.

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

Çoxdandır müharibə haqqında belə gözəl hekayə oxumamışdım. Güllə səsi olmadan, tank səsi eşitmədən, şüarlarsız, cəbhəsiz bir müharibə hekayəsidir. Müharibənin iki insanı necə məhv etməsi, həyatları necə qaraya bürüməsi haqqında. Yuxu içində reallıq, reallıq içində yuxu xırda detallarla yaxşı işlənib. Çox yazılmış, çox danışılmış bir hekayəni yenidən yazmaq cəsarət tələb edir. Müəllif özündə bu cəsarəti tapıb. Təbriklər! Təhkiyə o qədər yaxşıdır ki, finalı bildiyim halda sona qədər oxudum. Bu istedad, bu qələm daha yeni şeylər yazsa, uğurlu olar, məncə.

Açıklama yok.

Təvəkkül Boysunar:

Malik bəyin bu mətnini oxuyarkən mənə elə gəldi ki, müəllifin ilk nəsr təcrübəsidir. Bir çox məqamlarda rast gəlinən inversiyalar və oxucunu təsirləndirmək cəhdləri də bunu deyirdi. Amma, zənnimcə, insan faciələri və əzablarının bu dərəcədə çılpaq ifadə edilməsi müasir nəsr, ümumiyyətlə, ədəbiyyat üçün o qədər də yaxşı hal deyil. Müəllifə uğur arzulayıram.

# 2954 dəfə oxunub

Oxşar xəbərlər

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər