Ədəbiyyatımızın canında tərbiyəvi bir qorxu var - Hekayə müzakirəsi

Ədəbiyyatımızın canında tərbiyəvi bir qorxu var - Hekayə müzakirəsi
26 aprel 2023
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Alpay Azərin Boyat zaman” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Aqşin Yenisey: "Bu cür məişət uşaqlığından bəhs edən hekayələri artıq oxuya bilmirəm. Çünki inanmıram ki, bizim cəmiyyətin standart məişət mühitində insanın istər uşaqlığında, istər gəncliyində, istərsə də qocaldığında ədəbiyyata material verə biləcək bir hadisə baş versin. Hətta qaçqın həyatı yaşayan yazıçılarımız belə çətinlik çəkir öz uşaqlıqlarını ədəbiyyata çevirəndə. Xarici filmlərdən bəhrələnirlər. Çünki əxlaqi, daha doğrusu, tərbiyəvi bir qorxu, öhdəlik var ədəbiyyatımızın canında".

İlham Əziz: “Alpayın “Boyat zaman” hekayəsin nə vaxtsa oxumuşdum. Bu gün bir də oxudum. Əşyalarla danışmaq, onları sevmək, doğmalaşmaq bədii mətnlərdə çox istifadə olunub. Alpay da bunu özünəməxsus həll edib. Sadəcə oxuduqca hekayə, esse-xatirəyə çevrilir, hekayə-mahiyyətindən uzaqlaşır. Mətndə xeyli redaktəlik cümlələr var. Məsələn, “ Ziba xalagildə cürbəcür mürəbbələr, konfetlər olsa da, onlar ağzımda gedən dad həzzi yarışında az qala, göy qənddandakı qəndlərə çatırdı.” belə cümlələr bu hekayədə boldur. “Kefsiz halda”, “qəribə şəkildə doğmalaşmışdıq” kimi ifadələr oxucunu narahat edir. Bu, uşaqlıqda yay tətilini kənddə keçirən, ömür boyu bir idarədə məmur işləyən adamın hekayəsidir. Alpay fərqli yazıçıdır, həmişə təəccübləndirir…”.

Elvira - İlham Əzizin hekayəsi

Orxan Həsəni: “Alpay Azərin hekayəsini bəyəndim. İtib gedən zamanın əşyaların simasında yenidən canlanması, təxirə salınan xoşbəxtliyin illər sonra, həm də tam təsadüfən oyanması olduqca sadə, təntənəsiz təhkiyə ilə ifadə olunub. Nəhəng tarixi dövr, işıqlı uşaqlıq daha silinib gedib, lakin əşyaların energetikası zamanı çəkib lap yaxında göstərir. Həqiqi ədəbiyyatın yaratdığı bu cazibəni çox sevirəm”.

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Nihat Pir: “Düzü, hekayə mənə yorucu gəldi, çətinliklə oxuyub bitirdim. Məndən olsa, bu mövzunu hekayə yox, maraqlı bir köşə edərdim. Ümumiyyətlə, fikrimcə, Alpay bəy mövzunu tam olaraq, hekayə formasına da sala bilməyib. Və hətta mövzu əhvalat kimi də maraqlı təsir bağışlamır. Bilmirəm, bəlkə də, yanılıram. Amma nə olur, olsun, Alpay Azər imzasını görəndə, eşidəndə “Su... su...” hekayəsini xatırlayıram. İndi də elə”.

O roman çox "primitiv"dir - Nihat Pir yazır...

Təvəkkül Boysunar: “Alpay Azərin hər zamankı maraqlı hekayələrindən fərqli olaraq bu hekayənin çox da "sürükləyici" və maraqlı olduğunu deyə bilmərəm. Hekayə həddən artıq avtobioqrafik görsənir və, bəlkə, maraqlı olmamağının səbəbi də budur. Məsələn, müəllif bundan əvvəlki hekayəsində Fransa prezidentindən, müdafiə nazirindən yazmağına baxmayaraq o nümunə, zənnimcə, hekayə sənətinə daha çox uyğun gəlirdi, daha oxunaqlı, daha maraqlıydı.

Bu, əslində, bir daha göstərir ki, yaxşı mətnin yaranması üçün hadisələrin real həyatdan gəlməyi zəruri şərt deyil. Zənnimcə, bu mətn hekayə yox, xatirə kimi təqdim edilsə, daha zövqlə oxunar.

Sonda "qənddanın düşüb sınma" məsələsi isə uğurlu və maraqlı alınmışdı”.

Vəsvəsə - Təvəkgül Boysunardan yeni hekayə

# 2991 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər