Bu əsərlərin içində dəhşətli sirlər gizlənib - Siyahı

Bu əsərlərin içində dəhşətli sirlər gizlənib - Siyahı
30 noyabr 2023
# 12:00

Dünya ədəbiyyatında şah əsərlər var ki, biz onları dönə-dönə oxuyuruq. Tarixdə iz qoymuş bu əsərlər haqda maraqlı faktlar mövcuddur. Kulis.az sizlərə həmin əsərlərdən diqqət çəkən faktları təqdim edir.

1. Conatan Svift - "Qulliverin səyahəti”

Yazıçı, "Qulliverin səyahəti” romanında Mars planetinin iki peykindən, həmçinin, onların Mars ətrafında dövretmə sürətindən bəhs edib. Dəqiq hesablamalar aparıb. XX əsrdə astronomlar müasir texniki avadanlıqların sayəsində həmin hesablamaların doğruluğunu təsdiqlədilər. Lakin C. Sviftin ozamankı məhdud imkanlar hesabına bunu necə etdiyi hələ də sual altındadır.

2. Viktor Hüqo – "Səfillər”

Romantizm cərəyanının ən önəmli nümayəndələrindən olan Viktor Hüqonun ən məşhur əsərlərindən biri "Səfillər”dir. Əsəri oxuyanlar içərisindəki uzun cümləni bilirlər. Bilmədiyimiz isə bu cümlənin içərisində tam olaraq 823 söz vardır. Eyni zamanda bu cümlələr 3 səhifə tutur.

Fransa Ədəbiyyatının ən uzun cümləsi olaraq qəbul edilir:

3. Artur Konan Doyl – "Şerlok Holms”

Yazıçı Artur Konan yoxsulluqdan xilas ola bilmək üçün yazmağa qərar verir və "Şerlok Holms” əsərini qələmə alır. Əgər möhtəşəm bir həyatı olsaydı, bəlkə də, əfsanəvi romanı heç vaxt oxuya bilməyəcəkdik.

4. Tolstoy – "Hərb və Sülh”

Ən önəmli əsərlərdən biri olan "Hərb və Sülh” kopyalama maşınlarının ixtira olunmadığı dövrdə yazılmışdır. Buna görə də Tolstoyun həyat yoldaşı bu əsərin əl yazmasını 7 dəfə yazıb kopyalamışdır.

5. Mark Tven – "Tom Soyerin macəraları”

Məşhur yumor yazıçılardan biri olan Mark Tven Remington firmasının makina alan ilk müştərilərindən biridir. Və məşhur kitabı "Tom Soyerin macəraları” dünya ədəbiyyatında makinada yazılan ilk kitab olaraq bilinməkdədir.

6. Dostoyevski – "Qumarbaz"

Fyodor Dostoyevski məşhur "Qumarbaz” əsərini qumarda uduzduğu borcu qaytarmaq üçün cəmi 25 günə yazıb. Romanı yazmaq üçün vaxtı çatmadığında əlavə stenoqraf tutur. Həmin stenoqrafla-Anna Qriqoryevna ilə iki ildən sonra evlənir.

7. Vladimir Nabokov – "Lolita”

Vladimir Nabokovun "Lolita” romanı ABŞ, İngiltərə və Latın Amerikası ölkələrində qadağan edilib.Lakin maraqı bir statistika var: roman ABŞ-da qadağan edildiyi ilk iki həftə ərzində qeyri-qanuni şəkildə 100 min tirajla satıldı.

# 4168 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər