3 manat pul, bir dəfə çimmək, bağırsaq çöpü riski və... - FOTO

3 manat pul, bir dəfə çimmək, bağırsaq çöpü riski və... - FOTO
20 iyun 2011
# 17:19
İyun ayının 15-dən Azərbaycanda çimərlik mövsümünə rəsmən start verilib.

Bakılıların böyük əksəriyyəti yayda dincəlmək üçün çimərliklərə üz tutur. Çünki çimərlik həm yaxındır, həm də ucuzdur. Amma “ucuz ətin şorbası olmaz” deyiblər. Çimərliklərimiz həmişə olduğu kimi, bu il də dünya standartlarına cavab vermir. Bizim çimərliklərin kənarını qarpızı qabığı, pivə butulkası, günəbaxan tumunun qabığı, siqaret kötüləri olmadan təsəvvür etmək olmur. Bu təbii ki, çoxluq təşkil edən kasıb təbəqənin üz tutduğu “xalq çimərlikləri”ndə belədir.

“Şıx” çimərliyində bağırsaq çöpü var. Amma...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi elan edib ki, “Şıx” və “Sahil” çimərliklərindən başqa bütün çimərliklərdə üzmək olar. Çünki bu iki çimərlikdə bağırsaq çöpləri normadan dəfələrlə artıqdır.

Buna baxmayaraq, “Şıx” çimərliyində hər il olduğu kimi bu il də insanlarla boldur.

Şəhərə ən yaxın çimərlik olduğuna görə insanlar risk altına girib burda dənizə girməkdən çəkinmirlər (“Şıx” çimərliyi başdan-başa restoranlar, otellər tərəfindən “zəbt olunub”).

Burda havayı çimmək üçün boş yer demək olar ki, azdır. Pulsuz yerlər isə qayalıqlardan ibarətdir.

3 manatlıq dəniz

“Cresent beach hotel”ə məxsus çimərliyi giriş 3 manatdır. Qapıçı içəridən reportaj yazmağa icazə vermir. Deyir ki, 3 manatı ver, keç içəridə nə istəyirsən et.

3 manatın içinə çətir, şezlonq, duş, paltar dəyişmək üçün yer daxildir.

Eyni sırada yerləşən “Ramada” otelində isə 25 manat ödəməklə hovuzdan istifadə etmək olar. Ürəyi istəyən dənizə də girə bilər. Ancaq tər-təmiz hovuzu qoyub dənizi üstün tutanların sayı o qədər də çox deyil.

“Bizdə bağırsaq çöpü yoxdur”

Eyni sırada yerləşən “Dostluq” restoranına isə əvvəlcə məni buraxmaq istəmədilər. Onlara foto çəkməyəcəyimi söz verdikdən sonra restoran ərazisinə daxil oluram. Restoranın Səlim adlı nümayəndəsi məni çimərliklə tanış edir.

Deyir ki, artıq bir həftədir işə başlamaqlarına baxmayaraq, çoxlu sayda müştəriləri var: “İşimiz küləksiz günlərdə yaxşı gedir.
Məsələn, bu gün külək var. Gördüyünüz kimi elə də çox müştərimiz yoxdur. Amma dünən 600 müştərimiz olub”.

Çimərliyin kənarında ciddi işlərin aparıldığı, sahilə beton töküldüyünü müşahidə edirəm. Dənizə pilləkənlarla enirsən. Səlim deyir ki, bura yığışan çirki hər gün təmizləyirlər. Arada dalğalar sahilə mazut da gətirir. Bunu da təmizləməyin yolunu tapıblar.

Bu çimərlikdə bağırsaq çöpü təhlükəsinin olmasını xatırladıram. Bundan xəbərsiz olduğunu bildirir. Məni dənizin lap sahilinə gətirib “bax tər-təmizdir, bağırsaq çöpü-zadı yoxdur”, - deyir.

Çimərlikdə isə istirahət edənlərin sayı azdır.

Səlim deyir ki, müştərilərinin böyük əksəriyyətini yerli camaat təşkil edir. Ancaq isti günlərdə xarici turistlər də çimərliyə üz tuturlar.
Səlim iddia edir ki, onların göstərdikləri xidmət Bakıda ən ucuz qiymətədir.

Restoranın qiymətləri ilə maraqlanıram: “4 nəfər ürəyi istədiyi kimi yeyib içsə, 80 manatdan artıq hesab çıxmaz. Bura kabablar, balıqlar müxtəlif içkilər də daxildir”.

Elmin HƏSƏNLİ
# 2098 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal üsyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal üsyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Don Kixot - Etimad Başkeçidin yeni pyesi

Don Kixot - Etimad Başkeçidin yeni pyesi

12:00 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər