Vudi Allendən dəhşətli etiraf

Vudi Allendən dəhşətli etiraf
16 iyun 2011
# 09:00
“Parisdə gecəyarısı” filmiylə Cann film festivalında böyük maraqla qarşılanan məşhur rejissor Vudi Allen bu günə çəkdiyi filmlərdən heç birinin tarixdə qalmayacağını deyib.

Oskar mükafatı almış rejissor Robert Veydenin müəllifi olduğu “Vudi Allen” sənədli filmində danışan Allen böyük filmlər çəkmədiyini bildirib. Onun bu sözləri kino çevrələrinin, Allen heyranlarını çox təəccübləndirib.

Sənədli filmin rejissoru Robert Veyden Vudi Allenin bəzi filmlərini sadalayıb. Bu filmlər haqda nə düşündüyünü soruşub.

“Yaxşı, bir çox yaxşı filmlər çəkmişəm. Amma bunlar böyük filmlər deyil. Mənim çəkdiyim filmlərin heç biri məsələn Vittoriya de Sikanın “Velosiped oğruları” və ya Jan Renoirin “Hərbi əsərlər” filmləri qədər zamanın güclü təsiri qarşısında dözə bilməyəcək”- V.Allen belə cavab verib.

Bu ilin sonlarında bütün dünyada göstəriləcək sənədli filmdə Vudi Allenin ilk dəfə yatağından tutmuş, mətbəxinə, iş otağına qədər evinin hər yerində çəkilişlər aparılıb.


Günel ƏSGƏRZADƏ
# 1864 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər