Viktor Pelevin ilk dəfə görünəcək - ANONS

Viktor Pelevin ilk dəfə görünəcək - ANONS
19 may 2011
# 15:26
Rus yazıçısı Viktor Pelevin “Super milli bestseller” müsabiqəsinin təqdimatında iştirak edəcək. Kulis.az “Lenta.ru”ya istinadən məlumat verir ki, bu tədbirdə yazıçı ictimaiyyət arasında ilk dəfə görünəcək.

Yazıçı Viktor Pelevin - ən çox oxunan rus yazıçılarındandır. Pelevin demək olar ki, müsahibə vermir, şəkil çəkdirmir və ictimaiyyət arasında görünməyi sevmir. Ən son kitabı olan “Gözəl qadına ananas şirəsi” keçən ilin dekabr ayında çıxıb. Yazıçının azərbaycan dilinə tərcümə olunan yeganə romanı isə “Omon Ra”dır. Tərcümə Günel Mövluda məxsusdur.

“Super milli bestseller” mükafatının qalibləri mayın 29-da açıqlanaq. Bu mükafat “Milli bestseller” müsabiqəsinin on illik yubileyi münasibətilə təşkil olunub. Mükafatın qalibi əvvəlki illərin “MB” qalibləri arasından seçiləcək.

Müsabiqəyə Pelevinin “DPP”, Prileninin “Günah”, Proxanovun “Cənab Hersoq” əsərləri də qatılıb. “Super MB”-nin qalibini 100 min dollar mükafat gözləyir.


Günel ƏSGƏRZADƏ
# 2482 dəfə oxunub

Oxşar xəbərlər

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

17:27 26 noyabr 2026
"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

12:00 23 noyabr 2026
İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

13:31 22 noyabr 2026
Radiodakı təsadüfi cümlədən rok tarixinə... - Məşhur “Black hole sun” necə yarandı?

Radiodakı təsadüfi cümlədən rok tarixinə... - Məşhur “Black hole sun” necə yarandı?

12:28 22 noyabr 2026
Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

15:00 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər